reklam
» » Yunan lider HƏDDİNİ AŞDI

reklam

Yunan lider HƏDDİNİ AŞDI


Cənubi Kipr Yunan Respublikasının hökumətinin rəhbəri Nikos Anastasiadis, təbii qaz məsələsində Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akınçıya təkliflər paketi təqdim edib.

Yunanların rəhbəri təkliflər paketində təbii qaz məsələsində Türkiyəyə sadəcə məlumat veriləcəyini bildirib, Türkiyənin Cənubi Kipr Respubliasının xüsusi iqtisadi bölgəsini tanınmasını şərt qoyub. Həmiçinin, Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətini dayandırması və regiondan çıxması tələb edilir.

Anastasiadisin təklifi BMT-nin Kipr problemi üzrə müvəqqəti xüsusi müşaviri Ceyn Lutenin vasitəsi ilə Mustafa Akınçıya təqdim olunub.

Şimali Kipr mediası təklifləri “Anastasiadis qəbul edilməməsi üçün təkliflər verir” başlığı ilə dərc edib.

Kipr yunanlarının rəhbərinin təkliflərinə daxildir:

1. Təbii qaz məsələsi Kipr türkləri ilə müzakirə edilməyəcək. Yaradılacaq bir mexanizm vasitəsi ilə Kipr türkləri sadəcə məlumatlandıracaq.

2. Türkiyə “Kipr Respublikası” ilə razılaşıb yunanların Xüsusi İqtisadi Bölgələrini tanıyacaq.

3. Türkiyə, 2-ci maddədə bildirdiyi şəkildə “Kipr Respublikası” ilə razılaşma əldə edir və müqavilə imzalayarsa, razılaşma olmasa da, təbii qazdan əldə ediləcək gəlirdən vətəndaşlıq faizinə uyğun olaraq Kipr Türk Respublikasına da pay verilə biləcək. Bu pay 10 faizdən ibarət olacaq.

Çavuşoğlu adaya gedir

BMT diplomatı Lutenin təmaslarını davam etdirdiyi bir dövrdə xarici işlər naziri Mövlud Çavuşoğlunun şənbə günü Kiprə getməsi gözlənilir.


Paylaş:


Müəllif : Tarix:
6-09-2019, 13:45
  


loading...
Загрузка...