"“Bu, hər kəsə baha başa gələr" - Türkiyə Prezidentinin sözçüsü
“Ukraynadakı böhran bütün səylərimizə rəğmən, dərinləşməkdə davam edir. Qarşılıqlı səhv addımların, mənfəətlərin uzunmüddətli perspektivdə ciddi itkilərə səbəb olacağı barədə xəbərdarlıq edirik”.
Bu fikirləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın yerli mətbuata müsahibəsində deyib.
O bildirib ki, müharibə yolu ilə yeni nizam yaratmaq cəhdləri strateji səhvdir: “Bu, hər kəsə baha başa gələr. Müharibənin davam etməsini istəyənlər yaxın gələcəkdə hansısa mənfəət əldə edə bilərlər. Amma bu, uzunmüddətli perspektiv üçün ciddi itkilər deməkdir. Müharibəni uzatmaq qlobal böhranı dərinləşdirər. Tarixdən və coğrafiyadan xəbərdar olmaq, bunu demək üçün kifayətdir. 1990-cı ildə başa çatan "soyuq müharibə" nəticəsində yaranmayan yeni nizamı Ukrayna müharibəsi ilə formalaşdırmaq mümkün deyil. Ukrayna savaşının təsirləri on illərlə davam edəcək. Toqquşmalar qarşıdakı həftələrdə, ya da aylarda başa çatsa da, müharibə fərqli səviyyələrdə davam edəcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-05-2022, 15:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Azərbaycanın təqdim etdiyi 5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır” — İlham Əliyev

Keşlədə Şəhidlər xiyabanı yaxınlığında gecə klubu açılması etirazlara səbəb oldu - Video

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Ucar rayonunda vətəndaşları qəbul edəcək

"Vəziyyətim pisdir, 4-cü dəfədir borc edib gəlirəm, PENSİYAMI KƏSİBLƏR" - Tovuzlu Şikayətçi

"Onların uğrunda 6 il mübarizə apardıq, indi adam danışmağa utanır" - Şahbaz da, Dilqəm də sussa yaxşıdır

Rusiya sülhməramlılarını Qarabağdan çıxarır? - “Bununla bağlı təkzibolunmz faktlar var“

“Bəzi məktəblərdə narkotik biznesi məsələləri var...” - Ekspert HƏYƏCAN TƏBİLİ ÇALDI

“UKRAYNA YAYIN SONUNDA ƏKS-HÜCUMA HAZIR OLACAQ” – “Ruslar hər şeydə məğlub olublar”

Müəllim-valideyn məngənəsindəki ŞAGİRDLƏR: - "İmtahanlardan daha çox bal toplamaları üçün onları sıxırlar"

Müdafiə Nazirliyinin məntiqsiz və YANLIŞ ADDIMLARI: - "Hərbi qulluqçulara qarşı haqsızlıqlar baş alıb gedir"