reklam
Regionxeberleri.com » Siyasət » BAYDEN UKRAYNA ÜÇÜN NƏLƏRƏ HAZIRDIR? - “Bu cür sanksiyalar hətta “soyuq müharibə” zamanı da olmayıb”

reklam

BAYDEN UKRAYNA ÜÇÜN NƏLƏRƏ HAZIRDIR? - “Bu cür sanksiyalar hətta “soyuq müharibə” zamanı da olmayıb”











“Bütün Qərb sərmayəçiləri Rusiyadan çəkiləcək”

ABŞ Dövlət katibi Entoni Blinken ilə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Cenevrədə keçirdiyi görüş demək olar ki, nəticəsiz yekunlaşıb. Məlum olduğu kimi, Rusiya ABŞ-a göndərdiyi ultimatuma cavab gözləyirdi, amma Amerika bildirdi ki, bu cür təzyiqlər onun üçün qəbulolunmazdır.

Amerika tərəfi hansısa qarşılıqlı güzəştlərdən danışsa da, Rusiya deyir ki, onun artıq güzəşt edə biləcəyi heç nə qalmayıb. Yəni, Moskva bildirir ki, Ukraynanın NATO hərbi blokuna daxil olması ilə qətiyyən razılaşmayacaq.

Ukraynanın “Obozrevatel” nəşri “ABŞ Ukraynanı dəstəkləyir: Rusiya hücum edəcəyi təqdirdə Bayden nəyə hazırdır?” başlıqlı məqaləsində Rusiyanın Ukraynaya hücuma keçməsi halında ABŞ-ın buna qarşı görməyi planlaşdırdığı tədbirlərə toxunub.

“AzPolitika.info” həmin məqaləni təqdim edir:

“Rusiyanın Ukraynaya təcavüzü barədə Bayden nələri deyib?

1. Bayden bəyan edib ki, Ukrayanaya qarşı genişmiqyaslı hücum edilərsə, Rusiya ilə bağlı dollarla aparılan istənilən əməliyyatlara qadağa qoyulacaq. Bu cür qadağa hətta Sovet İttifaqı ilə Qərb arasında yaşanmış “soyuq müharibə” zamanı da qoyulmamışdı. Bu, bütün iri Qərb sərmayəçilərininin Rusiyadakı hər cür biznesdən çəkilmələri anlamına gəlir.

2. Baydendən birbaşa soruşublar ki, sanksiyaların tətbiq edilməsi və Ukraynaya kömək olunması üçün nə baş verməlidir ki, o, belə bir fərman imzalasın? Bayden cavab verib ki, Rusiya qoşunlarının sərhdədi keçməsi və ukraynalı döyüşçüləri öldürməsi belə bir qərarın verilməsi ilə nəticələnəcək.

3. Bayden bildirib ki, müharibədə çoxlu rusiyalı həlak olacaq. O, deyib ki, bu, onlara baha başa gələcək.

4. Ağ evin mətbuat katibi Ceyn Psaki isə Baydenin çıxışını belə şərh edib: ”Prezident Bayden Rusiya prezidentinə açıq şəkildə anladıb ki, əgər Rusiya silahlı qüvvələri Ukryana sərhədini keçərsə, bu, ABŞ və onun müttəfqiləri tərəfindən yekdil və sərt cavabla qarşılanacaq.”

Hansı nəticələr çıxarılmalıdır?

1. Baydenin məqsədi Putini Donbasın azad edilməsi ilə bağlı danışıqlar masası ətrafında oturmağa məcbur etməkdir. Əgər Putin danışıqlara təsir etmək üçün hərbi təhdidə cəhd göstərərsə, ABŞ Ukrayna tərəfdən müharibəyə daha ciddi müdaxilə etməyə hazır olduğunu bildirəcək.

2. Bayden ilk dəfədir ki, Ukrayna əsgərlərinin öldürülməsini ABŞ-ın müdaxiləsi üçün əsas adlnadırıb. İndi Ukrayna sərhədinin çoxdan pozulduğu Donbasda ukraynalıların Rusiya işğalçıları tərəfindən öldürülməsi halında ABŞ Prezidenti buna qiymət verməlidir. Və beləliklə, əgər Putin danışıqlara getməzsə, Ukraynanın suverenliyinin müdafiəsi uğrunda Donbasda gedən istənilən döyüş ABŞ tərəfindən daha aktiv şəkildə dəstəklənəcək.

3. Rusiya imperializminə müqavimətin başlıca cəbhəsi kimi Ukrayna Qərbə sürətli inteqrasiya üçün yeni imkanlar əldə edir. Rusiyanın düşmənçiliyi Qərbin üzərinə Ukraynanı dəstəkləmək öhdəliyi qoyur. Şərqi Avropada siyasət və biznesin inkişafı üçün Ukrayna əlverişli meydança ola bilər.

4. Ukrayna Donbasda nə qədər səmərəli döyüşəcəksə və nə qədər çox rus işğalçısını məhv edəcəksə, NATO strukturundan bir o qədər daha artıq yardım alacaq. Rusiyalı işğalçıların məhv edilməsi diplomatik sferada yaxşı təzyiq vasitəsidir.

5. ABŞ-ın təzyiqlərinə görə Putinin Donbası və Krımı azad edəcəyi inandırıcı deyil. Lakin Ukraynanın müdafiəni gücləndirməsi və rus işğalçılarının Donbasda, Krımda daimi itkilər verməsi kimi təzyiqlər kompleksi Putinin varisini bu cür çoxsaylı müharibələrdən və münaqişələrdən çıxış yolları axtarmağa məcbur edəcək. Ukrayna Putinin hakimiyyətdən uzaqlaşacağı vaxta hazırlaşmalıdır, məhz bundan sonra ukraynalılar özlərinə lazım olanı götürəcəklər.”




Paylaş:


Müəllif : Tarix:
23-01-2022, 10:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər