reklam
Regionxeberleri.com » Siyasət » Putinlə Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasını müzakirə edib

reklam

Putinlə Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasını müzakirə edib


















Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Məlumatı Kremlin mətbuat xidməti yayıb.

Bildirilir ki, Paşinyan və Putin Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və  26 noyabr 2021- ci il tarixli üçtərəfli bəyanatlarında qeyd olunan sazişlərin icrasının praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə edilib. 

ATƏT-in Minsk Qrupunun həmsədrləri ( Rusiya, ABŞ, Fransa) vasitəsilə işin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edilib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hazırkı sədrliyi nəzərə alınaraq, KTMT çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib .

Nikol Paşinyanın xahişi ilə Rusiya prezidenti ABŞ və onun müttəfiqləri ilə Rusiya Federasiyasının təhlükəsizliyinin təminatlarına dair danışıqların gedişi barədə qısa məlumat verib.




Paylaş:


Müəllif : Tarix:
22-01-2022, 14:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər