reklam
Regionxeberleri.com » Siyasət » Paşinyanın iddialı çıxışı nəyə hesablanıb… - İNCƏLƏMƏ...

reklam

Paşinyanın iddialı çıxışı nəyə hesablanıb… - İNCƏLƏMƏ...
















Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün “Facebook” üzərindən jurnalistlərin suallarını cavablandırıb. Paşinyan Zəngəzur dəhlizindən danışarkən iddialı çıxış edib. O, “dəhliz məntiqini” qəbul etmədiyini yenidən dilə gətirib.

“Azərbaycanın Naxçıvanla hansı yollarla əlaqəsi olacağına Ermənistan qərar verir, biz qərar veririk, yalnız biz”,-deyə Nikol Paşinyan vurğulayıb.

Maraqlıdır, Paşinyanın Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında noyabrın 26-da keçiriləcək üçtərəfli görüş əsnasında belə iddialı çıxış etməsinin səbəbi nədir?

“Paşinyanın dünənki çıxışı daxili ictimaiyyəti rahatlamaq təsiri bağışlayırdı. Digər tərəfdən, məqsəd həm də bir növ İlham Əliyevin çıxışlarına cavab vermək idi”.

Bu sözləri Modern.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Paşinyanın belə iddialı çıxış etməsinin səbəbi yeni təkliflər irəli sürəcəyindən xəbər verir:

“Ümumiyyətlə, Ermənistan dəhliz məsələsində belə çıxış etməyə çalışır ki, həmin dəhliz onun suverən ərazisində olmalıdır. Onlara görə həm gömrük, həm də polis postu qurulmalıdır. Bununla da dəhlizi vermək istəmir. Çünki anlayır ki, Azərbaycan onlara Laçın dəhlizini verdiyi kimi, bu da alternativ bir dəhliz verməlidir. Əslində Ermənistan lideri daxili ictimaiyyəti sakitləşdirmə çalışır ki, Zəngəzur dəhlizi nəqliyyat yolu olaraq qalsın. Amma iki məsələdə də Azərbaycan qalib tərəf kimi çıxacaq. Razılaşma var və bu təmin ediləcək, özü də Rusiyanın vasitəsi ilə olacaq”.

A.Nərimanlı qeyd edib ki, Ermənistan tərəfinin dediyi kimi, gömrük postu qurulacaqsa, Azərbaycan tərəfi sonrakı mərhələdə Laçın dəhlizində də gömrük postunu qura bilər:

“Çünki hər ikisi eyni mahiyyət daşıyır. Biz də eyni arqumentdən çıxış edə bilərik. Bu da bizim hər iki konteksdə qazanc əldə edəcəyimiz deməkdir. Amma bunu Ermənistan edərsə, deməli, əldə olunan razılığı pozmuş olur. Bu da Azərbaycan və Ermənistan arasında yeni bir saziş gündəmə gətirir. Əsas sual isə buna Rusiyanın razı olub-olmamasıdır. Rusiya əlaqələrin açılmasının tərəfdarıdır. Ermənistanın etdiyi isə Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılığın pozulması deməkdir, bu da Moskvanın narazılığına səbəb ola bilər. Ermənistan yeni təkliflərlə gələrsə, buna Bakı və Moskva razı olmayacaq. Rusiyada olan görüşdə əsas təzyiq Paşinyana olacaq. Soçi görüşündə artıq bütün kommunikasiyaların açılmasının qrafiki, yəni vaxtları müəyyən olunacaq. Bu artıq o deməkdir ki, Paşinyanın iddiaları əsassız olacaq. Razılıq olmazsa, gələcəkdə müəyyən münaqişələr yarana bilər. Bunu biz Azərbaycanın məcburetmə əməliyyatı kimi də deyə bilərik. Bu da Azərbaycanın Ermənistanın təxribatlarına qarşı ən böyük zərbəsi ola bilər”.




Paylaş:


Müəllif : Tarix:
24-11-2021, 14:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər