reklam
Regionxeberleri.com » Siyasət » Azərbaycanın cənub sərhədinin bərpası İranda kimlərisə narahat edir - HƏQİQƏTƏN DƏ...

reklam

Azərbaycanın cənub sərhədinin bərpası İranda kimlərisə narahat edir - HƏQİQƏTƏN DƏ...



“İranda Azərbaycana qarşı müəyyən proseslər gedir, ölkəmizin əleyhinə olan qüvvələr var. Münasibətlərin pisləşməsində sözsüz ki, düşmənlərimiz, xüsusilə ermənilər maraqlıdır. İndi danışıqlar gedir və düşünürəm ki, dövlətlər bu istiqamətdə müəyyən razılıq əldə edəcəklər”.

Bunu Reyting.az-a hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, mümkündür ki, İranda bəzi şəxslərin Azərbaycanla bağlı fikirləri reallıqdan uzaqdır: “Amma reallıq budur ki, Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etməklə, İranın bəzi iş adamlarının bazarı bağlanıb. Azərbaycan dövləti cənub sərhədinin 132 kilometrini nəzarəti altına alıb. Bu, sözsüz ki, İranda kimlərisə narahat edir. Çünki cənab prezident də dedi ki, sərhədə nəzarət etmədiyimiz dövrdə orada hansısa proseslər gedib və bu məsələdə İran vətəndaşları da iştirak ediblər. İndi bu bazar bağlanıb. Odur ki, İrandakı bəzi iş adamları, dövlətə yaxın şəxslər bu məsələni siyasiləşdirmək istəyirlər”.

Polkovnik Ramaldanov düşünür ki, yaranmış problemin sivil formada həlli tapılacaq: “Burada gərginliyə səbəb yoxdur. Həm də ona görə ki, indi Azərbaycan əvvəlki Azərbaycan deyil, üstəlik NATO-nun ən güclü ordusuna məxsus Türkiyə kimi qardaş ölkə var. Azərbaycanın yanında nüvə silahına malik Pakistan kimi dost ölkə də yer alıb. Və bu ölkələrin hər ikisi artıq fikrini ifadə edib. Açıq qeyd edilib ki, Azərbaycanın maraqlarına zidd olan təhlükələrə qarşı Bakının yanında olacaqlar. Bu səbəbdən də hərbi qarşıdurma ola bilməz. Bu xəbərdarlıqlardan sonra proseslər normal çərçivədə inkişaf etməlidir”.


Paylaş:


Müəllif : Tarix:
18-10-2021, 12:00
Sikayət   


loading...
Загрузка...