reklam
» » Abdullahianın Azərbaycana gözlənilən səfəri: - "Bütün digər vasitələrdən istifadə olunsa, yaxşıdır"

reklam

Abdullahianın Azərbaycana gözlənilən səfəri: - "Bütün digər vasitələrdən istifadə olunsa, yaxşıdır"



“İran öz maraqları baxımından da çox ciddi yanlışlığa yol verdi”.

Bu fikirləri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana gözlənilən səfəri ilə bağlı danışan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Yenicag.az-a açıqlamasında səsləndirib.

Pənah Hüseyn gərginləşən münasibətlərin qaydaya salınması üçün diplomatik vasitələrdən istifadə edilməli olduğunu vurğulayıb:

“Danışıqlar, əlaqələr – bunlar beynəlxalq münasibətlərin prinsipləridir. Mən son dövrdə İranın Azərbaycana qarşı sərgilədiyi davranışları dost olmayan – düşmənçilik hərəkətləri hesab edirəm. Sonrakı proseslər də göstərdi ki, İran öz maraqları baxımından da çox ciddi yanlışlığa və səhvlərə yol verib. Bütövlükdə regionla, o cümlədən Azərbaycanla münasibətləri gərginləşdirdi. İran bu səhv hərəkətlərindən əl çəksə və bunun üçün bütün digər vasitələrdən istifadə olunsa, yaxşıdır”.


Paylaş:


Müəllif : Tarix:
12-10-2021, 16:09
  


loading...
Загрузка...