reklam
» » Rusiya hərbi kontingenti Qarabağdakı erməniləri doğuzdurmağa da başladı… - FOTO

reklam

Rusiya hərbi kontingenti Qarabağdakı erməniləri doğuzdurmağa da başladı… - FOTO



Rusiya hökumətinin Xankəndində yaratdığı Humanitar Reaksiya mərkəzinin zabitləri və Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibbi dəstəsinin hərbi həkimləri Azərbaycan Respublikasının Ağdərə şəhərindəki ermənilərə məxsus xəstəxanada təşkil olunmuş humanitar-tibbi aksiya çərçivəsində ilk dəfə erməni bir qadının doğumunu qəbul edib.

Moderator.az bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir.

Bəhs edilən erməni qadın rus həkimlərin köməyi ilə çəkisi 4 kq 250 qram, boyu 49 sm olan bir oğlan doğub. Anası dərhal onu “Ohanes” deyə çağırıb. Bu barədə Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibb hissəsinin anestezioloqu Anatoliy Axapkin danışıb.

Həmçinin tibbi qəbul zamanı xüsusi təyinatlı bölmənin həkimləri ucqar yaşayış məntəqələrindən 52 erməniyə məsləhətlər verib və ixtisaslı tibbi yardım göstəriblər.

Humanitar Reaksiya mərkəzinin əməkdaşları eyni zamanda çoxuşaqlı ailələrə, məcburi köçkünlərə və ehtiyacı olan yerli sakinlərə qida dəstləri, əsas ehtiyac əşyaları, isti paltar və uşaq oyuncaqları paylamaq üçün də bir aksiya keçiriblər.

P.S.... Nöqtələrin yerini özünüz doldurun...




Paylaş:


Müəllif : Tarix:
26-07-2021, 11:14
  


loading...
Загрузка...