reklam
» » “Qaragöl ətrafının 90-95% -nə Azərbaycan ordusu nəzarət edir” - "Zangezur TV"

reklam

“Qaragöl ətrafının 90-95% -nə Azərbaycan ordusu nəzarət edir” - "Zangezur TV"



Qaragöl ətrafındakı ərazilərin 90-95% -nə Azərbaycan Silahlı Qüvvələri tərəfindən nəzarət olunur.

Moderator.az xəbər verir ki, bu haqda qəsbkar Ermənistanın "Zangezur TV" kanalının reportajında məlumat yayılıb.

“2 aydan çoxdur ki, Azərbaycan qoşunları artıq gölün yaxınlığında səngərlər qazıb, mühəndislik işləri aparıblar. Azərbaycan hərbçiləri yaxınlıqdakı Akner, Verişen, Xoznavar(Xəzinəvar-S.L.) kəndləri və Gorus şəhərini nişangah altında saxlayırlar”- erməni kanalının reportajında belə deyilir.

Xatırladaq ki, tarixən bütün Zəngəzur, Göyçə və s. əraziləri kimi Qaragöl də bütövlükdə Azərbaycana məxsus olub. Hətta sovet hakimiyyətinin Zəngəzuru Ermənistana bağışlamasından sonra da həmin göl Laçın rayonu ərazisində qalıb. Lakin sonradan digər sərhəd rayonlarında olduğu kimi, bu ərazi də Moskvanın təzyiqi və öz rəhbərlərimizin sadəlöhvlüyü sayəsində faktiki olaraq hissə-hissə Ermənistana verilib. Ancaq rəsmən və de-yure Qaragöl daim Azərbaycan ərazisində olub və 1987-ci il noyabrın 17-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Qaragöl respublikalararası Dövlət Təbiət Qoruğu yaradılıb...

VİDEO BURADA:
https://vk.com/video-17452458_456247816


Paylaş:


Müəllif : Tarix:
22-07-2021, 09:16
  


loading...
Загрузка...