reklam
» » “Laçın dəhlizi nəzarətimizə keçir, Qazax və Naxçıvanın kəndləri qaytarılır” - Moskva görüşünün PƏRDƏARXASI

reklam

“Laçın dəhlizi nəzarətimizə keçir, Qazax və Naxçıvanın kəndləri qaytarılır” - Moskva görüşünün PƏRDƏARXASI


Moskva görüşündən sonra Azərbaycan Ermənistana təzyiqlərini artıracaq.

Bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq xatırladıb ki, Şuşa Bəyannaməsindən sonra prezident İlham Əliyevin Rusiya rəhbəri Putinlə görüşü gözlənilirdi:

"Belə görüşün baş tutacağını Ərdoğan da qeyd etmişdi. Rusiya konkret olaraq Türkiyə hərbi bazasının rəsmi şəkildə Azərbaycanda varlığını qəbul etmir. Bunu NATO bazası kimi xarakterizə edir. Qeyd edim ki, prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri digərlərindən fərqli olaraq “Şuşa” bəyannaməsi fonunda Türkiyənin müttəfiqi kimi baş tutmuşdu. Bu səfər çərçivəsində heç bir sənəd imzalanmasa da, şifahi razılaşmalar əldə edilib. Rusiyanın burada səmimi olub-olmaması qısa zamanda özünü göstərəcək".

M.Əsədullazadə bildirib ki, Ermənistanın baş naziri Paşinyan Fransa və ABŞ-ın birbaşa dəstəyi ilə əldə edilən anlaşmaları yerinə yetirməməyə çalışır, manevr edir:

"Bu da Rusiyanın vasitəçi olaraq Azərbaycana mümkün təzyiqlərinə yol açır. Konkret olaraq Rusiya da, Ermənistan da manipulyasiya edir və prosesləri başqa bir məcraya daşımağa çalışır. Azərbaycanın da yalnız əsas təsir rıçaqı Ermənistana, Qarabağdakı separatçılara zərbə vurmaqdır. Rusiya əsas vasitəçi olaraq 10 noyabr və 11 yanvar razılaşmalarının reallaşması üçün addımlar atmaycaqsa, o zaman sərhəddə və Qarabağda ermənilərn yaşadığı ərazidə hərbi vəziyyət gərginləşə bilər. Rusiya tərəfinin əsas istəyi Azərbaycanın KTMT müşahidəçi statusu almasıdır. Görünür Kreml mesaj veriri ki, Azərbaycan buna gedəcəyi təqdirdə, Moskva üçtərəfli anlaşmaların reallaşmasına yaşıl işıq yandıra bilər”.


Paylaş:


Müəllif : Tarix:
21-07-2021, 23:01
  


loading...
Загрузка...