reklam
» » Bayden-Zelenski görüşünün vaxtı açıqlandı

reklam

Bayden-Zelenski görüşünün vaxtı açıqlandı


ABŞ Prezidenti Cozef Bayden avqustun 30-u Vaşinqtonda Ukraynalı həmkarı Vladimir Zelenskini qəbul edəcək.

Bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

C.Psaki bildirib: "Prezident Cozef bayden Ukrayna Prezidenti Vladimir Zelenskini avqustun 30-u Ağ Evdə qəbul etməyi səbirsizliklə gözləyir".

Mətbuat katibi həmçinin qeyd edib ki, Ukrayna liderinin ABŞ-a səfəri "enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlığımızı və V.Zelenskinin korrupsiyaya qarşı mübarizə və islahatların həyata keçirilməsi üzrə səylərinə dəstəyimizi" təsdiqləyəcək./Trend


Paylaş:


Müəllif : Tarix:
21-07-2021, 22:06
  


loading...
Загрузка...