reklam
» » Şuşa Bəyannaməsi niyə 15 iyunda imzalandı: Səbəb təkcə “Qurtuluş Günü” deyilmiş - İLGİNC FAKT

reklam

Şuşa Bəyannaməsi niyə 15 iyunda imzalandı: Səbəb təkcə “Qurtuluş Günü” deyilmiş - İLGİNC FAKT



Azərbaycan və Türkiyə arasında hərbi və strateji müttəfiqliyi nəzərdə tutan Şuşa Bəyannaməsi niyə məhz dünən – iyunun 15-də imzalandı?

Bu sual ətrafında bir neçə versiya irəli sürmək olar. Yunan mediasının iddiasına inansaq, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan iyunun 14-də keçirilən NATO-nun liderlər zirvəsinə bir neçə təkliflə getmişdi və təkliflərdən biri isə Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxarılmasını müttəfiqləri ilə razılaşdırmaq idi. Bu versiyanı həqiqət kimi qəbul etsək, Türkiyə prezidentinin sammitdən dərhal sonra Azərbaycana qayıtması fərqli mahiyyət qazanır. Belə bir mülahizə ortaya çıxır ki, iyunun 14-də Ərdoğanın NATO yetkililəri və ABŞ prezidenti Co Baydenlə görüşündə razılıq əldə olunub və Türkiyə Prezidenti öz layihəsini həyata keçirmək üçün Azərbaycana təşrif buyurub.

Bəri başdan qeyd edək ki, bu versiya inandırıcı deyil. Əvvəla, ona görə ki, Türkiyə liderinin NATO-nu bu plana razılaşdırması olduqca mümkündür və yəqin ki, alyansın digər üzvlərinin də əsas strateji hədəflərindən budur, fəqət müttəfiqlərinin razılığını alan Türkiyə liderinin layihəni reallaşdırmaq üçün tələm-tələsik Azərbaycana gəlməsinə ehtiyac yox idi. O, daha sonra da Bakıya səfər edər və lazımi sənədləri imzalayardı.

İkincisi, Türkiyə Prezidenti Şuşa Bəyannaməsi ilə bağlı nitqində açıq şəkildə bildirdi ki, imzalanan sənədin əsas hədəflərindən biri 6 tərəfli regional nəqliyyat ittifaqının qurulmasıdır. Nəzərdə tutulan ittifaqın subyektlərindən biri Rusiya, digəri isə İran olacaq. Sözsüz ki, NATO-nun “şeytan üçbucağı”na daxil etdiyi bu dövlətlərin nəfinə xeyir-dua verməsi qətiyyən mümkün görünmür.

İrəli sürülən digər mülahizə 15 iyunun Azərbaycanın Milli Qurtuluş gününə təsadüf etməsi ilə bağlıdır. Bu mülahizəyə görə, hakimiyyət 1993-cü ildə mərhum Heydər Əliyevin Bakıya qayıdışının əbədiləşdirmək üçün Şuşa Bəyannaməsini Milli Qurtuluş Gününə salmağı məsləhət bilib, Ankara da bununla razılaşıb. Türkiyə Prezidentinin Şuşa nitqində bu məqama xüsusi diqqət ayırması sözügedən mülahizəni doğrulayır.

Amma deyəsən, Şuşa Bəyannaməsinin zamanlamasının tək səbəbi Milli Qurtuluş Günü ilə bağlı deyil. Sənədin məhz 15 iyunda imzalanmasının digər mühüm səbəbi də dünən aydın olub. Sən demə, 15 iyun tarixi həm də Ermənistanın ən önəmli dövlət bayramlarından birinin – Bayraq gününün 15-ci ildönümü imiş. Belə ki, Ermənistanın rəsmi dövlət bayrağı 24 avqust 1990-cı ildə Ermənistan SSR prezidenti tərəfindən qəbul olunub və 15 iyun 2006-cı ildə Ermənistan Milli Bayraq Qanunu ilə parlament tərəfindən təsdiqlənib. 2006-cı ildən etibarən 15 iyun tarixi Ermənistanda rəsmi Bayraq günü kimi qeyd olunur. Dünən Azərbaycan əsgərlərinin və tədbir iştirakçılarının bir əlində Azərbaycan, digər əlində Türkiyə bayraqları Şuşada at oynatmasını bu mənada düşmənə verilmiş göz dağı kimi də qiymətləndirmək mümkündür.

Maraqlıdır ki, qana susamış erməni şovinizminə göz dağı verən təkcə azərbaycanlılar olmayıb. Ermənistan Baş naziri əvəzi Nikol Paşinyan da Zəngəzura səfərini at və bayraqlarla ziynətləndirib. O, Zəngəzur kəndlərinə daxil olarkən əlində Ermənistan bayrağı tutan 2 süvari tərəfindən qarşılanıb və seçicilərinin önünə qalib sərkərdə ədası ilə çıxıb. Təbii ki, büyün bunlar Paşinyanın Bayraq günü münasibəti ilə seçki təbliğatına rənk qatmaq üçün ssenariləşdirdiyi rəmzi səhnəciklər idi. Erməni liderini əsl qoruyanlar isə özü ilə bərabər Zəngəzura apardığı 1500-dən çox polis və xeyli sayda xüsusi texnika olub.

Ovqat.com-un məlumatına görə, Paşinyanın seçki ideoloqlarının ssenariləşdirdiyi bu səhnəciklər və geniş mühafizə dəstəsi Ermənistanda birmənalı qarşılanmayıb.

Onu hakimiyyətdən devirmək üçün yaradılan “Hayastan” ittifaqının üzvü,“ Dirçəlməkdə olan Ermənistan” partiyasının lideri Vahe Hakobyan rəqibinin bu göstərilərini xalqa qarşı əzələ nümayişi kimi qiymətləndirib. Hakobyan Avşar bölgəsinin sakinləri ilə görüşündə deyib:

“Diqqət yetirdinizsə, hakimiyyət orqanlarının afişalarındakı Ermənistan bayrağı dağınıq təsvir olunur və onlar hakimiyyət sükanı arxasında nə qədər çox daha qalacaqlarsa, əllərində tədricək Ermənistan bayrağı əvəzinə Türkiyə və Azərbaycan bayraqları tutacaqlar və bütün bunlar bu gün, 15 iyun dövlət rəmzi - Bayraq günündə baş verir”.

Bayraq günündə Paşinyanın 1500-dən çox polis məmurunu və xüsusi texnikanı özü ilə Zəngəzura apardığını bildirən Hakobyan onun bu qədər hərbi güclə kimə hədə-qorxu gəldiyini də anlaya bilmir. “Bu xüsusi texnikanı kimə, xalqınıza qarşımı istifadə edəcəklər? Bu ordunun azərbaycanlıları qovmaq üçün Qara Gölə gedəcəyini ümid edirdim. Yox, o, bu ordu ilə Sisyandan Gorusa, oradan Qafana getdi, indi isə Zəngəzurda əzələ nümayişini davam etdirir”, - Hakobyan belə deyib.

Müxalif liderin fikrincə, erməni xalqının bu rəzalətdən qurtuluşunun bir yolu var və o, xalqa müraciətində özünün reseptini belə təqdim edib: “Uşaqlarınızın güclü və təhlükəsiz Ermənistanda yaşamalarını istəyirsizsə, iradə, təcrübə və biliyə sahib olan “Ermənistan” ittifaqına səs verməlisiniz”.


Paylaş:


Müəllif : Tarix:
16-06-2021, 09:35
  


loading...
Загрузка...