reklam
» » Paşinyandan rəqiblərinə şok həmlə: İyunun 21-dən etibarən...

reklam

Paşinyandan rəqiblərinə şok həmlə: İyunun 21-dən etibarən...


Ermənistanın hakim Mülki Müqavilə Partiyasının funksioneri Vaaqn Hovakimyan İrəvan meriyasına müaciət edərək iyunun 21,22,23 və 24-də saat 10:00-dan, 22:00-a qədər Respublika meydanında mitinq keçirəcəklərini bildirib.

Meriyaya müraciətində Mülki Müqavilə Partiyası mitinqdə 200 min insanın iştirak edəcəyini bildirib.

İrəvan meriyasının rəsmi saytında da bu barədə məlumat yayılıb.

“Ermənistan” blokunun nümayəndəsi Aram Vardevanyan da iyunun 20-dən 23-nə qədər Respublika meydanında mitinq keçirməklə bağlı meriyaya müraciət edib. Bu müraciətdə aksiyada 25 min insanın iştirak edəcəyi göstərilib.

Ancaq meriya “Ermənistan” blokuna Respublika meydanında aksiya keçirməyə icazə verməyib, onlara başqa ünvanlar təklif edilib. Köçəryanın bloku bu təklifləri qəbul etməyib./Teleqraf


Paylaş:


Müəllif : Tarix:
12-06-2021, 21:59
  


loading...
Загрузка...