reklam
» » “...Azərbaycan Laçın dəhlizini bağlaya bilər” - DOĞRU OLANI BUDUR!

reklam

“...Azərbaycan Laçın dəhlizini bağlaya bilər” - DOĞRU OLANI BUDUR!



“Müqavilə hüququna dair 1967-ci il Vyana konvensiyası var. Bu konvensiyaya görə, tərəflərdən biri öz öhdəliyini yerinə yetirməkdən imtina edərsə, digər tərəf də müqavilənin şərtlərini yerinə yetirməyə bilər. İndiki halda Ermənistan 10 noyabr sazişinə əməl etmirsə, Azərbaycan Laçın dəhlizini bağlaya bilər. Əgər Ermənistan tərəfi Zəngəzur dəhlizini açmaqla bağlı öhdəliyini yerinə yetirmirsə, buna minimum cavab Laçın dəhlizini qapatmaqdır”.

Bunu Reyting.az-a beynəlxalq hüquq və münasibətlər üzrə mütəxəssis, professor Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, hətta atəşkəsi və razılaşmanı etibarsız saymaq mümkündür və buna səbəb olaraq qarşı tərəfin razılaşmanın bəndlərini yerinə yetirməməsini göstərmək olar.

F. Mehdiyev əlavə edib ki, Rusiya bu prosesdə qarantyor dövlət kimi deyil, sülhməramlı şəklində iştirak edir: “Yəni Rusiya burada sülhməramlı kimi tərəflərin müharibədən vaz keçməsi istiqamətində işləyir. Ancaq indiki halda Azərbaycan desə ki, razılaşmadan çəkilirəm və buna səbəb olaraq Ermənistanın öhdəliyini yerinə yetirmədiyini göstərərsə, normalda, bu halda Rusiyanın sülhməramlı kimi işi başa çatmış sayılacaq. Yəni razılaşmada təminat və zəmanət məsələsi yoxdur. Sülhməramlılar da ancaq atəşkəs pozulduğu təqdirdə buna nəzarət etməlidir. Onların statusu sülh yaratmaqdır”.

F. Mehdiyev xatırladıb ki, 10 noyabrda imzalanan üçtərəfli razılaşma dövlətlərarası yox, hökumətlərarası müqavilədir: “Hesab edirəm ki, bunu bilmək vacibdir. BMT-də isə adətən dövlətlərarası müqavilələr qeydiyyatdan keçir. İndiki halda 10 noyabr sazişi hökumətlər arasında imzalanıb. Ancaq hüquq tələb edir ki, tərəflər bu razılaşmaya əməl etsinlər. Ələlxüsus da Ermənistan”.




Paylaş:


Müəllif : Tarix:
10-06-2021, 09:53
  


loading...
Загрузка...