reklam
» » “Bayden Putindən öncə Ərdoğanla buna görə görüşür” - Sabiq ABŞ müşaviri

reklam

“Bayden Putindən öncə Ərdoğanla buna görə görüşür” - Sabiq ABŞ müşaviri



ABŞ Dövlət katibinin keçmiş müşaviri, politoloq Pol Qoblun müsahibəsini təqdim edirik:

– Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Parisə səfəri ərəfəsində dərc olunan məşhur məqaləsində Fransanı “dost və müttəfiq ölkə” adlandırdı. Bu səfər və səfərdə verilən mesaj Türkiyə ilə Fransa arasında münasibətlərin yenidən normallaşmasına stimul verəcəkmi?

– Belə açıqlamalar elə də böyük məna kəsb etmir. Çavuşoğlunun sözləri rəsmi Ankaranın NATO müttəfiqi olaraq Parislə əməkdaşlığlını davam etdirəcəyini göstərir. Səfər zamanı səsləndirilən fikirlərin qeyd etdiyim nüansdan daha artıq bir şeyi ifadə etdiyini düşünmürəm.

– ABŞ Prezidenti Co Baydenin Ərdoğanla görüşünü qiymətləndirmənizi istərdik.

– Bayden-Ərdoğan görüşü olduqca önəmli bir görüş olacaq. ABŞ və Türkiyənin müzakirə edəcək çox mövzusu var. Ən önəmli məqam isə artıq gözlənilən görüşün liderlərin gündəliyinə daxil edilməsidir. Çox uzun müddətdir ki, Vaşinqton və Ankara arasında ehtiyac duyulan yüksək səviyyəli münasibətlər mövcud deyil. Bunun iki ölkə arasında, xüsusən Cənubi Qafqazda genişlənən əməkdaşlığa gətirib çıxaracağı ümidi var.

– Bayden-Ərdoğan görüşünün ardınca Bayden-Putin görüşü baş tutacaq. Bu görüşlərin ardıcıllığında hansısa bir məntiq axtarmağa dəyərmi?

– Görüşlərin siyasi cəhətdən öncədən hesablanaraq ardıcıl salındığını düşünmürəm. Lakin bununla yanaşı ABŞ Prezidentinin Rusiya lideri Putinlə görüşə Türkiyənin Qərb ittifaqındakı mövqeyini qoruduğuna dair açıq bir əminliklə girmək istədiyinə əminəm.

– Dünyanın gözlədiyi Bayden-Putin görüşündən sizin gözləntiləriniz nələrdir?

– Şəxsən mən çox şey gözləmirəm. Putin Baydenin etməyəcəyi güzəştlər istəyir, amma Ağ Evin rəhbəri aqressiv rus liderin önündə geri addım atmış kimi görünmək istəmir. Sözügedən görüşün bəzilərinin proqnozlaşdırdığı kimi dönüş nöqtəsi olacağını da düşünmürəm./Axar.az


Paylaş:


Müəllif : Tarix:
9-06-2021, 23:23
  


loading...
Загрузка...