reklam
» » İran bu HOQQABAZLIĞI İLƏ NƏ DEMƏK İSTƏYİR? - ETİRAZ

reklam

İran bu HOQQABAZLIĞI İLƏ NƏ DEMƏK İSTƏYİR? - ETİRAZ



"Şəriətlə idarə olunan bir dövlətin belə addım atması şübhə doğurur. Axı Məhəmməd Peyğəmbər buyurur ki, bütün müsəlmanlar qardaşdır. İki milyonluq Qriqoryana görə, əlli milyonluq türkü bu şəkildə aşağılamaq İrana heç zaman şərəf gətirməyəcək".

Bunu Pravda.az-a açıqlaması zamanı politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, İran və Rusiya Azərbaycana qarşı hər zaman eyni müstəvidə fəaliyyət göstərirlər: "Yüklərin Qarabağa daşınması bildiyimiz kimi Ermənistan üzərindən həyata keçirilib. Məsələnin maraqlı tərəfi isə odur ki, həmin ərazidə İranla sərhəd Rusiya sülhməramlıları tərəfindən qorunur. Bu, Ermənistanın Rusiya ilə birgə əldə etdiyi razılaşmadır. Burada anlaşılmayan məsələ odur ki, həm İranla sərhəddə, həm də Laçın dəhlizində rus ordusu yerləşdirilib. Guya Rusiya sərhəd qoşunları ilə sülhməramlılar arasında anlaşmazlıq var ki? Əlbəttə, yoxdur. Yüklərin Qarabağ ərazisinə gəlməsi birmənalı şəkildə qanunsuzdur. Əgər Ermənistanla İran arasında hansısa razılaşma varsa, bu, başqa bir ölkənin ərazisinə şamil edilə bilməz. İran və Ermənistan beynəlxalq hüquq normalarını ciddi şəkildə pozur. Onsuz da hazırda Ermənistan hərbi cinayətlərlə bağlı beynəlxalq cinayət hüququnun subyektidir. Ermənistanın çox məsuliyyətsiz ölkə olduğunu yaxşı bilirik. Bəs İran niyə özünə hörmət qoymur, bax bu, anlaşılmır. Bir müsəlman dövləti, doğrudan da, 2 milyon erməniyə möhtacdır? Görünən odur ki, İran Rusiyanın tapşırığını yerinə yetirir. Tarixən müstəqil siyasət yürüdən İran, təəssüflər olsun ki, birdən-birə Rusiyanın missiyasını yerinə yetirməyi öz üzərinə götürüb. Ümumiyyətlə, İranın xarici siyasətində səmimiyyətdən bəhs etmək Rusiyanın səmimi olduğunu gündəmə gətirmək kimi bir şeydir, yəni belə bir şey mümkün deyil".

Qeyd: Sosial şəbəkələrdə Qarabağa Ermənistan vasitəsilə İrandan “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.


Paylaş:


Müəllif : Tarix:
3-05-2021, 13:14
  


loading...
Загрузка...