reklam
» » “Köçkünlərimiz yurdlarına qayıtmalıdırlar” - Kremlin məkrli planı

reklam

“Köçkünlərimiz yurdlarına qayıtmalıdırlar” - Kremlin məkrli planı



“Ermənilərin və Rusiyanın Qarabağda fəaliyyətlərinin qarşısının alınmasının ən vacib şərtlərindən biri məcburi köçkünlərimizin qısa müddət ərzində azad olunmuş torpaqlarda yerləşdirilməsidir”.
Bu sözləri BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli deyib.
O, “Sherg.az”a açıqlamasında bildirib ki, mövcud vəziyyətlə bağlı konkret addımlar atmaq lazımdır:

“Ölkə ictimaiyyəti düşmən qüvvələrin fəaliyyətinin qarşısının alınması istiqamətində daha fəal olmalıdır. Eyni zamanda Azərbaycan “İsgəndər - M” raketinin ölkəmizə qarşı istifadə edilməsində Rusiyanın iştirakını ciddi şəkildə aydınlaşdırmalı və qəti mövqe ortaya qoymalıdır.

Rusiya sülhməramlılarının məlum bəyanatdan kənar fəaliyyəti, o cümlədən erməni silahlılarına dəstək verməsi, onlarla birgə təlimlər keçirməsi, yardım göstərməsi qəti şəkildə pislənilməlidir.

Habelə qardaş Türkiyə ilə birgə bu cür fəaliyyətin qarşısının alınması üçn müvafiq tədbirlər görülməlidir.

Rusiyanın hakim dairələrinin və erməni qüvvələrinin Qarabağa dair əməllərinin qarşısının alınmasının ən vacib şərtlərindən biri məcburi köçkünlərimizin qısa müddət ərzində azad olunmuş torpaqlarımızda yerləşdirilməsidir.

Bu məqsədlə məcburi köçkünlərimizin mülkiyyət hüququ gözlənilməli, onlara öz yurd-yuvalarınının bərpası üçün dövlət dəstəyi verilməlidir. Sözügedən istiqamətdə təxirəsalınmaz addımlara ehtiyac var”.



Paylaş:


Müəllif : Tarix:
14-04-2021, 15:40
  


loading...
Загрузка...