reklam
» » Rusiya NATO-ya cavab olaraq bu addımı atdı

reklam

Rusiya NATO-ya cavab olaraq bu addımı atdı

 

“Rusiya nəzarət yoxlaması zamanı iki ordu və üç hava desantını qərb sərhədlərinə köçürüb”.

Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlama verib.

Onun sözlərinə görə, qoşunlar təlim və döyüş tapşırıqlarının həyata keçirildiyi ərazilərə göndərilib. Şoyqu bu addımın NATO-ya cavab olaraq atıldığını qeyd edib.

“İttifaqın Rusiyanı təhdid edən hərbi fəaliyyətinə cavab olaraq, müvafiq tədbirlər gördük”,- deyə Rusiya müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, 6 aprel tarixində Rusiya Silahlı Qüvvələri qış hazırlığı dövrü üçün nəzarət yoxlamasına başlayıb. Təlimlərin bütün hərbi bölgələrdə keçiriləcəyi bildirilib.

Rusiya Müdafiə Nazirliyi hərbçilərin aprel ayında 4 mindən çox təlim keçirəcəyini açıqlayıb.


Paylaş:


Müəllif : Tarix:
13-04-2021, 17:37
  


loading...
Загрузка...