reklam
» » Nikol Paşinyan tərəfdarlarını yenidən meydana çağırdı

reklam

Nikol Paşinyan tərəfdarlarını yenidən meydana çağırdı


Ermənistan müxalifəti ölkənin baş nazirinin istefası tələbilə növbəti mitinqin gününü və saatını elan etdikdən sonra Nikol Paşinyan da hərəkətə keçib.

RegionXəbərləri.com musavat.com-a istinadən bildirir ki, "Vətəni xilas hərəkatı"nın lideri Vazgen Manukyanın mitinq anonsundan sonra N.Paşinyan öz tərəfdarlarını növbəti dəfə meydana çağırıb. Sosial şəbəkələr üzərindən tərəfdarlarına müraciət edən Ermənistanın baş naziri onları elə müxalifətin mitinq keçirəcəyi gün, 1 mart, saat 18.30-da İrəvanın Azadlıq meydanına dəvət edib.

Qeyd edək ki, həmin gün 1 mart 2008-ci il hadisələrinin ildönümüdür. Eks-prezident Robert Köçəryan və digərləri məhz həmin hadisələrə, 10 nəfərin öldürülməsi, çoxsaylı insanın yaralanması və həbsilə bağlı mühakimə olunur. İstisna deyil ki, həmin gün iqtidar və müxalifət tərəfdarları arasında növbəti toqquşma baş versin.


Paylaş:


Müəllif : Tarix:
28-02-2021, 09:52
  


loading...
Загрузка...