KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb

Ölkəmizdə səfərdə olan Türkiyənin Tüm Kalkınma İş Adamları və Girişimçilər Təşkilatının (TÜMKİAD) nümayəndələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və TÜMKİAD-ın İdarə Heyətinin sədri İlhami Öztürk arasında keçirilmiş görüşdə Agentliyin fəaliyyəti, KOB-lara dəstək mexanizmləri, KOBİA və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlıq barədə məlumat verilib. KOBİA və TÜMKİAD arasında əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə Orxan Məmmədov işğaldan azad olunan ərazilərimizin böyük iqtisadi potensiala malik olduğunu, türk şirkətlərinin bu ərazilərdə aparılan yenidənqurma işlərində iştirakı və investisiya qoyuluşu üçün geniş imkanların olduğunu vurğulayıb. Həmçinin, Agentlik Türkiyəli investorların Azərbaycan KOB-larının layihələrinə cəlb edilməsinə, hər iki ölkənin biznes assosiasiyaları arasında əməkdaşlığın genşləndirilməsinə dəstək göstərə bilər.
TÜMKİAD-ın İdarə Heyətinin sədri İlhami Öztürk isə görüşdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Görüş çərçivəsində KOBİA və TÜMKİAD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və TÜMKİAD-ın İdarə Heyətinin sədri İlhami Öztürk imzalayıblar. Anlaşma memorandumunda hər iki ölkənin KOB-ları üçün qarşılıqlı sәrmayә yatırımlarının hәyata keçirilmәsinsә dәstәyin göstәrilmәsi, birgә tәdbirlәrin tәşkili, qarşılıqlı işgüzar sәfәrlәr zamanı zәruri әlaqәlәndirmәnin təmin olunması, informasiya vә qabaqcıl tәcrübә mübadilәsi nəzərdə tutulur.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-01-2021, 14:10
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-01-2021, 14:10
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:09
Dünən, 10:43
Dünən, 09:50
Dünən, 09:42
27-02-2021, 22:38
27-02-2021, 20:40
27-02-2021, 19:24
27-02-2021, 19:19
27-02-2021, 13:17
27-02-2021, 12:17
27-02-2021, 12:08
27-02-2021, 11:06
27-02-2021, 09:42
27-02-2021, 09:41

Ordumuzun əsgəri təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - FOTO (Yenilənib)

Avtoxuliqanlıq edib, sosial şəbəkədə görüntülərini paylaşan avtobus sürücüsü həbs edildi - FOTO/VİDEO

ABŞ PUTİNDƏN SONRAKI DÖVRÜ NECƏ PLANLAŞDIRMALIDIR? – “Putinin qorxusu şəxsi xarakter daşıyır”

"RAMİZ MEHDİYEVDƏN DÖVLƏTİMİZ HƏMİŞƏ XƏYANƏT GÖRÜB..." - "37-ci il repressiyasını başqa formada tətbiq edib"

"UŞAQLARIMIZI GİZLİNCƏ QARABAĞA APARIRLAR..." - Ermənistandan sensasiyalı VİDEOREPORTAJ

"ERMƏNİSTAN GİZLİ ŞƏKİLDƏ HƏRBİÇİLƏRİNİ ƏRAZİMİZƏ YERLƏŞDİRİR!" - Azərbaycan XİN-dən sensasiyalı bəyanat

"SABAH RAMİZ MEHDİYEV HANSI PROSESLƏRƏ START VERƏCƏK?..." - "Nəcməddin Sadıkovun haradan hansı qiyafədə peyda olub..."

“QARABAĞDA RAZILAŞMA POZULUR VƏ GÖRÜNÜR Kİ...” – “Silahlı qruplaşmalar tərksilah olunmalı...”

NECƏ EDƏK Kİ, YENİ RAMİZLƏR, ZİYALAR, FAZİLLƏR YETİŞMƏSİN? - Əlimizlə verdiyimizi, ayağımızla axtaranlar olmuşuq...

Ukrayna səfirliyimizdən BİABIRÇI TƏNBƏLLİK... - Özlərinə əziyyət vermək istəməyiblər...

Azərbaycanda nə qədər elektrik enerjisi istehsal olunub? – Nazirlik və Komitə fərqli rəqəmlər deyir...

ŞİRKƏT FIRILDAQÇI ÇIXIB, MİDA MƏSULİYYƏTDƏN BOYUN QAÇIRIR - Yüzdən artıq ailə ölkə rəhbərliyindən kömək istəyir

Alqış Musayevdən Ramiz Mehdiyev haqda ŞOK açıqlamalar - “O adamdan dövlətimiz həmişə pislik, xəyanət görüb”