Azərbaycanda yeni agentlik yaradılır - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında Fərman imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılır.
Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.
Müəyyən edilir ki, Agentlik Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən publik hüquqi şəxsdir
Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün üç üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-01-2021, 18:06
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-01-2021, 18:06
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 23:13
Bu gün, 19:44
Bu gün, 17:44
Bu gün, 17:43
Bu gün, 15:40
Bu gün, 15:38
Bu gün, 12:28
Bu gün, 09:10
Bu gün, 08:44
Bu gün, 08:36

“Hərbçilərin maaşı ilə bağlı məsələ tezliklə həllini tapacaq” - Deputatdan mühüm AÇIQLAMA

Kremlin adamını Paşinyan niyə orduya rəhbər təyin edib? - Qasparyan haqda maraqlı məlumatlar

Bu il Bakı, Sumqayıt və Abşeronda İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə mənzillər veriləcək - MÜJDƏ

Azərbaycanda son sutkada 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib

Problemli kreditlər necə yaranır? - “Müştəri kreditin qaytarılmasını 1 gün gecikdirir…”

Dövlət sifarişlə oxutduğu şəxslərdən niyə yenidən imtahan götürür? - 197 nəfər müəllim ola bilmədi

"Qərəzli şəkildə, saxta sənədlər düzəldərək oğlumu işdən çıxarıblar" - Cəlilabaddan şikayət

İrandan növbəti erməni CANFƏŞANLIĞI... - “Qarabağda ermənilərin təhlükəsizliyi təmin edilməlidir”

Göyçay rayon İcra hakimiyyətində Vətən müharibəsi iştirakçısının anasına qarşı hörmətsizlik - VİDEO