"Məğlub ölkə şərt irəli sürə bilməz..." - Ermənistan XİN-nin 4 şərtinə sərt reaksiya

"Məğlub ölkənin şərt qoyması gülünc olduğu qədər də absurddur”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın XİN rəhbəri Ara Ayvazyanın xalqların öz müqəddəratının təyini prinsipini əsas götürməklə Qarabağ probleminin həlli üçün 4 şərt irəli sürməsinə münasibət bildirərkən politoloq Natiq Miri deyib.
Politoloqun fikrincə, münaqişə tərəflərinin danışıqlarına ehtiyac yoxdur:
"Daha müzakirə predmeti qalmayıb. Azərbaycan işğaldakı ərazilərinin 3/4-nü azad edib. Digər ərazilər də beynəlxalq hüquqa görə Azərbaycan əraziləridir. Ermənistanın prosesə müdaxiləsinə qətiyyən imkan vermək olmaz. 4 yox, lap 14 şərt irəli sürsələr də faydası yoxdur. Məğlub ölkənin şərt qoyması gülünc olduğu qədər də absurddur.
Dünya praktikasında məğlub ölkənin hansısa şərtlə çıxış etməsi görünməyib. Xalqların öz müqəddəratını təyini prinsipi artıq çoxdan dəfn olunub, ona ehtiyac qalmayıb”.
N. Miri düşünür ki, İrəvanın bu şərtləri danışıqlar prosesinin uzanmasına gətirib çıxaracaq:
"Ona görə də bundan sonra həmsədrlər institutunun fəaliyyətinə, burada Fransa və ABŞ-ın iştirakına birmənalı olaraq imkan vermək olmaz. Bu kökündən yanlış olardı. İndi regionda təhlükəsizliyin təminatı istiqamətində Türkiyə və Rusiya çıxış edir. Əgər gələcəkdə də hansısa siyasi danışıqlara ehtiyac duyulacaqsa, bu məhz həmin iki dövlətin vasitəçiliyi ilə aparılacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-12-2020, 15:37
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-12-2020, 15:37
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 23:26
Dünən, 21:14
Dünən, 18:45
Dünən, 17:24
Dünən, 17:23
Dünən, 16:42
Dünən, 16:39
Dünən, 14:16
Dünən, 14:09
Dünən, 13:26
20-01-2021, 23:46
20-01-2021, 19:46
20-01-2021, 19:42
20-01-2021, 19:40

XÜSUSİ TƏYİNATLI BAŞ LEYTENANT İLK DƏFƏ ŞUŞAYA GİRİŞ PLANLARINDAN DANIŞDI - "Bizim yerimizi yəqin ki, bilmişdilər..." + VİDEO

Əli Əsədov qərara dəyişiklik etdi - Bu şəxslərin ailə üzvlərinə də kompensasiya ödəniləcək

Yeni Müdafiə naziri Çin və Rusiyanı hədəfə götürüb – ABŞ-a təhlükə yaradan 4 ölkənin adını çəkib

""CoronaVac" ölü peyvənddir, hərəyə bir flakon ayrılır, adi şprislə...” - Peyvənd olunan həkim

Azərbaycanda son sutkada 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib

"Vətən müharibəsində həlak olan 2858 nəfərin şəxsiyyəti tam müəyyənləşib" - Xanlar Vəliyev

Polad Bülbüloğlundan Rusiya üçün “BƏRAƏT” - “Geri çağırılmalı və mükafatları əlindən alınmalıdır”

Avropa Parlamenti "Şimal axını-2" layihəsini dayandırmağa çağırır - Almaniya əleyhinədir...

Peyvəndlər insanların sosial statusuna görə fərqləndirilmir - TƏBİB-in departament rəhbəri + Video

İLGİNC İDDİA: Paşinyan layihəsi 6 il əvvəl hazırlanıb - Türk kəşfiyyatı daxil olmaqla...

Baydenin andiçməsindən maraqlı anlar - Klintonun yatması, Senatorun əlcəkləri + VİDEO

Xüsusi təyinatlı Səxavət Salmanov: Əlilliyə baxmayaraq, yenə də cəbhəyə yollandı - FOTO/VİDEO

Madriddə qocalar evində baş verən partlayış nəticəsində həyatını itirənlər var - YENİLƏNİB+VİDEO