reklam
» » “Ağdam və Laçında hələ də ermənilər qalır - qarşıdurmalara yol vermək olmaz...”

reklam

“Ağdam və Laçında hələ də ermənilər qalır - qarşıdurmalara yol vermək olmaz...”


“Üçtərəfli bəyanatın nəticələrindən sonra Azərbaycana təhvil verilən Ağdam və Laçın bölgələrində hələ də ermənilər qalır”.

Regionxeberleri.com “RİA Novosti”yə istinadla xəbər verir ki, cümə günü Rusiyanın Qarabağdakı sülhməramlı missiyası ilə bağlı keçirdiyi video-konfransda bunu söyləyən Rusiya prezidenti V.Putin sülhməramlıların komandanlığına ermənilər və azərbaycanlılar arasında təhlükəsizliyi təmin etməyi tapşırıb. O, Rusiya sülhməramlılarını daxili münaqişələrin qarşısını almaq və Ermənistan ordusunun çıxdığı bölgələrdə sabit vəziyyəti təmin etmək üçün Qarabağdakı ermənilər və azərbaycanlılarla əlaqə yaratmağa çağırıb.

İclasda Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov məruzə ilə çıxış edib.

"Erməni bölmələri, məsələn, Ağdamdan, Laçın da daxil olmaqla bəzi bölgələrdən çıxarıldıqdan sonra hələ də oralarda erməni mülki insanlar qalır. Aydındır ki, sülhməramlılarımız ayrılma xəttindədir", - deyə Putin R.Muradovun hesabatından sonra söyləyib. Rusiya lideri sülhməramlıların həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə yaxşı münasibətlər qurduğu haqda məlumatlı olduğunu da qeyd edib.

"Ermənistan ordusunun boşaltdığı mövqeləri tutan insanlar - bəli, əlbəttə ki, bunlar münaqişəli tərəflərdir, amma münaqişə bitib. Hər halda bunlar mədəni insanlardır və mən onların əhval-ruhiyyəsinin, ümumiyyətlə, xeyirxah olduğunu bilirəm. Ancaq hər iki tərəflə də əlaqə qurmalıyıq - bu halda Azərbaycan tərəfi ilə - azad edilmiş bölgələrdəki vəziyyətin sabit olması və hər iki millətdən olan insanlarının gündəlik həyatda heç bir qarşıdurma olmadan birlikdə yaşamalarına şərait yaratmaq üçün... Əlbəttə ki, bu artıq sözün tam mənasında Azərbaycan tərəfinin məsuliyyətidir. Ancaq mən Azərbaycan Prezidentinin münasibətini bilirəm – o, gələcək işin təşkilinə məhz bu şəkildə və bu cür mövqelərdən yanaşır" -deyə Putin vurğulayıb.

Bununla belə, Rusiya lideri ilk mərhələdə Rusiya sülhməramlılarının da baş verənlər barədə məlumata malik olması və vaxtında həm Ermənistan tərəfi, həm də azərbaycanlı həmkarları ilə bu cür informasiya mübadiləsi aparması üçün hər iki tərəflə əlaqə yaratmaq lazım olduğunu vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
21-11-2020, 10:03
  


loading...
Загрузка...