reklam
» » Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir

reklam

Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir


Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci raundu keçirilir.

Parlament seçkilərinin ikinci raundu əsasən paytaxt Tbilisi üzrə olmaqla 17 birmandatlı (majoritar) dairə üzrə keçirilir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (CESKO) məlumatına görə, seçkiləri izləmək üçün seçki subyektlərinin 9521 nümayəndəsi, 132 yerli təşkilatdan 47 345, 48 beynəxalq təşkilatın 920 müşahidəçisi qeydiyyatdan keçib. Prosesi 118 media qurumunun 5964 nümayəndəsinin işıqlandıracağı bildirilib.

Qeyd edək ki, parlament seçkilərinin ilk raundu oktyabrın 31-də keçirilib. Ölkə üzrə 1914 seçki məntəqəsində keçirilən səsvermə prosesində 2 140 210 vətəndaşın səsvermə hüququndan istifadə imkanı olub. Parlament seçkilərinin ilk raundunda 48-i siyasi partiya, 2-si blok olmaqla 50 seçki subyekti iştirak edib. (APA)

Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, ilk raundda ümumi səslərin 48,15%-ni toplayan hakim “Gürcü Arzusu” partiyası 76 parlament yeri qazanaraq rəqiblərinə qalib gəlib. İlk raundun nəticələrindən və seçkilərin təşkil edilməsindən narazı olduğunu bildirən 8 müxalif partiya seçkilərin nəticələrini tanımadığını bəyan edib və ikinci raundda iştirak etməyəcəyini, həmçinin qazandığı mandatlardan imtina etdiyini açıqlayıb. Bununla belə, bugünkü seçkilərdə səsvermə bülletenlərində müxalif namizədlərin adları yer alır. Belə ki, yerli qanunvericiliyə görə, seçkilərin ikici raundunda namizədliyi geri çəkmək mümkün deyil.


Paylaş:


Müəllif : Tarix:
21-11-2020, 09:41
  


loading...
Загрузка...