reklam
» » BAYDEN ABŞ-ın 46-cı PREZİDENTİ ELAN OLUNDU! - Tramp isə hələ də qələbə qazandığını bəyan edir

reklam

BAYDEN ABŞ-ın 46-cı PREZİDENTİ ELAN OLUNDU! - Tramp isə hələ də qələbə qazandığını bəyan edir


ABŞ-da Demokratlar Partiyasından prezidetliyə namizəd Co Bayden prezident seçkilərində qalib gəlib.

Bu barədə CNN, NBC və AP- məlumat yayıb. Demokratların namizədinin artıq 284 seçici sayını əldə etdiyi bildirilir.

Xatırladaq ki, ayrı-ayrı ştatların özünə aid seçici sayı olan ABŞ seçki sisteminə görə, qələbə üçün namizədə 270 seçici sayı lazımdır.

Maraqlıdır ki, bu xəbərdən az əvvəl ABŞ-ın hazırkı prezidenti Donald Tramp prezident seçkilərində böyük fərqlə qalib gəldiyini açıqlayıb.

Bu barədə respublikaçıların namizədi öz “Twitter” səhifəsində yazıb.

“Bu seçkiləri böyük fərqlə qazandım!” - D. Tramp öz “Twitter” hesabında böyük hərflərlə yazıb.


Paylaş:


Müəllif : Tarix:
7-11-2020, 20:53
  


loading...
Загрузка...