reklam
» » ATƏT-in Minsk qrupundan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT

reklam

ATƏT-in Minsk qrupundan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT


ATƏT-in Minsk qrupunun həmsədrləri Cenevrədə baş tutan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı bəyanat yayıb.

Bununla bağlı ATƏT-in rəsmi saytında məlumat yerləşdirilib.

Bəyanatda bildirilib ki, tərəflər bir sıra addımlar atmağa razılaşıblar:

“Razılaşmaya əsasən, tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaq. Bundan başqa, tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsinə lazımi təhlükəsizlik zəmanətini verərək döyüş sahəsindəki qalıqların toplanmasında və mübadiləsində fəal iştirak edəcəklər. Tərəflər bir həftə ərzində BQXK-ya giriş və mümkün mübadilə üçün həbsdə olan əsirlərin siyahısını təqdim edəcəklər”.

Eyni zamanda, tərəflər münaqişəsinin hərtərəfli həllin əsas elementləri ilə bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı danışıqlar aparacaqlar.



Paylaş:


Müəllif : Tarix:
31-10-2020, 08:48
  


loading...
Загрузка...