reklam
» » Faşizmin "yeni" tarixini yazan baş nazir - Müharibə Paşinyanın əsl üzünü ortaya çıxardı

reklam

Faşizmin "yeni" tarixini yazan baş nazir - Müharibə Paşinyanın əsl üzünü ortaya çıxardı


Bu gün Ermənistan dövlət səviyyəsində faşizmi davam etdirir, daha dəqiq desək, Ermənistan Baş naziri faşizmin "yeni" tarixini yazır.

Tarixə nəzər salsaq, Ermənistan faşist əməllərə tez-tez əl atıb. Amansızlıqlarına görə müqayisə etsək, Ermənistan Nasist Almaniyasından bir neçə addım önə də keçə bilib.

Nasistlər Ukraynada dinc sakinləri diri-diri yandırmışdı, ermənilər isə Xocalıda, Qaradağlıda, Meşəlidə və digər ərazilərimizdə. Bu hadisələrin üstündən xeyli vaxt keçsə də, Azərbaycan xalqı bunların heç birini unutmayıb.

Bu gün isə Azərbaycan xalqı erməni faşizmini Paşinyanın timsalında Gəncədə, Bərdədə Tərtərdə və digər ərazilərimizdə görür. Düzdür, Paşinyan ilk hakimiyyətə gələndə onu humanist, demokrat birinə bənzədənlər də var idi, lakin müharibə Paşinyanın əsl üzünü ortaya çıxardı, bu gün tam əminliklə demək olar ki, Paşinyan Hitlerin müasir davamçısıdır.

Paşinyanın əmrilə Gəncəyə gecə saatlarında atılan rektlər nəticəsində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralandı.

Bərdəyə edilən hücumlardan sonra isə 25 nəfər həlak oldu. Təkcə dünən Ermənistanın Bərdədə törətdiyi soyqrımı zamanı 8 uşaq ağır yaralanıb.

Faşist "qəhrəman" Nijdeyə 6 metrlik heykəl ucaldan dövlətin baş nazirinin faşistliyi bizə oradan məlum idi.

Son açıqlamalarında isə Paşinyan Azərbaycan xalqını təhdid etməkdən çəkinmirdi. Paşinyanın son müsahibələrindən sitat: "Əgər Azərbaycan hərbi əməliyyatları dayandırmasa, bütün Azərbaycan üçün bunun nəticələri acı olacaq". Ermənistanın Hitleri demək istəyir ki, Gəncə, Bərdə və digər şəhərlərimizi atəşə tutmaq onun üçün məqbuldur və o, Azərbaycan xalqı arasında panika yaratmaq, vaxt qazanmaq üçün hər cür çirkin, şərəfsiz əmələ əl atacaq.

Uşaq qatili Paşinyan bu əməllərini davam etdirməkdən çəkinmir. Ancaq Paşinyan bir məsələdə yanılır, bu gün 90-cı illər deyil, bu gün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib. Ölkədə uşaqdan böyüyə hər kəs son damla qanına qədər olsa belə, döyüşməyə hazırdır.

Paşinyanın adı isə tarixə uşaq qatili kimi düşdü və bu cinayətlərinə görə tezliklə cavab verəcək.

Asif Mehman
Trend


Paylaş:


Müəllif : Tarix:
29-10-2020, 15:39
  


loading...
Загрузка...