reklam
» » Ərdoğandan Putinə son Qarabağ mesajı: - "Kremlin bölgə ilə bağlı təhlükəli planı var..."

reklam

Ərdoğandan Putinə son Qarabağ mesajı: - "Kremlin bölgə ilə bağlı təhlükəli planı var..."


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 27-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının detallarını açıqlayıb. Qeyd edək ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsini müzakirə edən dövlət başçıları müdafiə, xarici işlər nazirlikləri və xüsusi xidmət orqanları arasında əməkdaşlıq edilməsi barədə razılığa gəliblər. Anlaşmanın geniş və hərətəfli olması münaqişənin aradan qaldırılmasında mühüm rol oynaya bilər.

Lakin hələlik tərəflər prosesdə öz mövqeyinin əsas şərt kimi nəzərə alınmasına çalışır. Bu baxımdan, Rəcəb Tayyib Ərdoğan daha prinsipial mövqe sərgiləyərək Türkiyənin Azərbaycana dəstəyini davam etdirəcəyini deyib. Hakim AK Partiyanın qrup toplantısındakı çıxış edən Türkiyə prezidenti bildirib ki, V.Putinlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar:

“Putinə dedim ki, istəsəniz gəlin Cənubi Qafqazdakı münaqişəyə birlikdə son qoyaq, bu münaqişəni birlikdə həll edək. Siz Ermənistanın Baş naziri Nikol Paşinyanla, mən də qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə danışım. Nümayəndələrinizi göndərin. Qərar verməliyik, münaqişəni həll edirik, ya etmirik. Bu işi birlikdə həll etmək məcburiyyətindəyik. Dedim mən səmimiyəm, sizin də səmimi olduğunuza inanıram. Qırmızı xətlərimizi də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu olsa da, göz yummayacağıq”.

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya hazırkı mərhələdə Dağlıq Qarabağ probleminin həllində Türkiyənin vasitəçiliyini qəbul etmək istəmir. O, Cebhe.info-ya bildirib ki, buna görə də Cənubi Qafqazda Rusiya-Türkiyə münasibətləri gərgin mərhələyə daxil olub:

“Azərbaycanın uğurlu hərbi əməliyyatları Ermənistanın məğlubiyyətini qaçılmaz edir. Azərbaycan tərəfi daima danışıqlar və sülhun əldə edilnəsi üçün kompromis və təkliflərini işğalçı ölkəyə təqdim etsə də Yerevan təxribatlarını davam etdirir. Bununla bərabər Paşinyan dünya liderlərinə zəng edərək kömək istəyir. Əsasən Rusiya prezidenti Vladimir Putinlə intensiv danışır. Putinin Ərdoğanla Qarabağ məsələsini müzakirə etməsi Moskvanın Ankaranı vasitəçi kimi qəbul etdiyini göstərir. Hesab edirəm ki, bu danışıqlar əsasən Putinin Azərbaycan tərəfinin atəşkəsə cəlb etməsi üçün bir planıdır. Bu telefon danışığında ciddi razılaşmanın olduğunu düşünmürəm. İlk növbədə, Putin Paşinyanı qorumayacaq".

Ekspertin fikrincə, burada Türkiyənin aktiv dəstəyi və prosesdə olması Moskvanın müəyyən təsirlərini zəiflədib:

"Moskva çalışır ki, Ankara ilə güzəştli bir razılaşmaya getsin. Bu da Suriyada gedən proseslərlə bağlıdır. Eyni zamanda, Putin çalışır ki, münaqişə bölgəsinə sülhməramlı qüvvələr adı ilə Rusiya ordusunu yerləşdirsin. Rusiya prezidentinin Qarabağda terrorçuların olması barədə iddianı ortaya atması da bu planı reallaşdırmağa xidmət edir. Bununla da Putin Azərbaycanın hərbi əməliyyatları dayandırmasına nail olmaq istəyir. Prezident Ərdoğanın “Bizim qırmızı xəttimiz var, bunu keçəni bağışlamarıq” sözü ciddi mətləblərdən xəbər verir. Deməli, Putinin bölgə ilə bağlı təhlükəli planı var, məhz bunun qarşısını Türkiyə alır.

Düşünürəm ki, Ərdoğanın vasitəçiliyini və Qarabağ məsələsinin birgə həllini Putin hələki qəbul etməyib. Putin daha çox Ərdoğanla danışığa üstünlük verir və şərtlərini deyib. Türkiyənin dövlət başçısı da cavabını verib. Bu danışıqlardan sonra Bərdəyə raketler atıldı. Hesab edirəm ki, Moskva Ankara ilə danışmağa məcbur olacaq. Putin-Ərdoğan danışıqları onda müsbət olacaq ki, Azərbaycan tam şəkildə Qarabağı azad etsin. Ümumiyyətlə, Türkiyə və Rusiya arasında maraqlar Cənubi Qafqazda üst-üstə düşmür. Hətta vəziyyət göründüyündən daha böhranlıdır”.


Paylaş:


Müəllif : Tarix:
29-10-2020, 12:57
  


loading...
Загрузка...