reklam
» » "Ermənilər buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb" - Müdafiə Nazirliyi

reklam

"Ermənilər buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb" - Müdafiə Nazirliyi


Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir.

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır:

"Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar.

Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük.

Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinləri və mülki infrastrukturı hədəfə alır.

Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var – mülki insanlara ziyan vurmadan ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək".


Paylaş:


Müəllif : Tarix:
29-10-2020, 11:58
  


loading...
Загрузка...