reklam
» » “Bu 4-cü atəşkəs çağırışıdır...” – Bu dəfə göz yaşlarına inanmayan Bakıdır

reklam

“Bu 4-cü atəşkəs çağırışıdır...” – Bu dəfə göz yaşlarına inanmayan Bakıdır


"Cenevrə müzakirəsindən hansısa müsbət nəticə çıxacağını gözləmirəm”.

Bu sözləri Sfera.az-a açıqlamasında oktyabrın 29-da Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərilə birgə görüşündən hansı gözləntilərin olduğuna aydınlıq gətirərkən "Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini Nazim Cəfərsoy deyib:

"Belə bir görüşün olması gözlənilən idi. Müzakirələr atəşkəsin əldə edilməsinə hesablanıb və bu 4-cü atəşkəs çağırışıdır. Amma atəşkəsi əngəlləyəcək heç bir faktor ortadan qalxmayıb, erməni işğalı davam edir, Azərbaycan və erməni tərəfinin mövqeləri yetərincə bir-birindən uzaqdır və s. Azərbaycan tərəfi bildirir ki, görüşlər substantiv olmalı, mahiyyətə yönəlik və sürətli şəkildə aparılmalıdır.

Prezidentin son çıxışında da konkret olaraq qeyd edildi ki, daha 28 il gözləmək niyyətində deyilik. Prezident bu çıxışı zamanı da bilirdi ki, Cenevrədə müzakirələr olacaq. Deməli onun çıxışının bir hədəfi də məhz Cenevrədəki müzakirələr idi.Danışıqların substantiv olması üçün Azərbaycan tərəfinin konkret tələbləri var - Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdır. Bununla bağlı qrafik verməlidir.

İkincisi, İrəvan Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etməlidir. Bu məqamlar Madrid prinsiplərində də öz əksini tapıb.Ermənistan tərəfi isə baş nazirin timsalında deyir ki, Qarabağ məsələsinin diplomatik həlli yoxdur. Bu isə o deməkdir ki, düşmən xoşluqla işğala son qoyan deyil. Digər tərəfdən isə İrəvan Dağlıq Qarabağdakı qondarma rejiminin "müstəqilliyi”nin tanınması istiqamətində kampaniya aparır”.

Bütün bunlara əsaslanan həmsöhbətimiz Cenevrə müzakirəsindən hər hansı konkret nəticə gözləmir:

"Ciddi nəticələrin olacağı real deyil. Ermənistanda nə iqtidarda, nə də müxalifətdə Azərbaycanın ortaya qoyduğu prinsipləri qəbul edəcək siyasi qüvvə yoxdur. Çünki erməni siyasi elitası reallıqları qəbul etmək məsuliyyətini üzərinə götürə bilmir. Odur ki, Cenevrə müzakirəsi də nəticəsiz olacaq. Ermənistan maksimalist davrandığından bu problemi Azərbaycan Ordusu həll edəcək”.


Paylaş:


Müəllif : Tarix:
26-10-2020, 15:38
  


loading...
Загрузка...