reklam
» » Ermənisayağı müstəqillik oyunları: - Artıq onların xilası yoxdur

reklam

Ermənisayağı müstəqillik oyunları: - Artıq onların xilası yoxdur


Ermənistanı fəlakət həddinə gətirən hərbi məğlubiyyətlər ölkə rəhbərliyini nəticələrini ya təsəvvür edə bilmədikləri, ya da çətin proqnozlaşdırdıqları adımlara əl atmağa məcbur edir. Xüsusilə, söhbət İrəvanın Azərbaycanı və onunla birlikdə Türkiyəni və hətta Rusiyanı, qondarma “DQR”in “müstəqilliyini” tanıya biləcəyi ilə şantaj etməsinə çalışmasından gedir. Bu, onların bir növ “ultima ratio”sudur (son arqument). Bu gün məsələyə erməni diasprounun da hədəfləri yönəlib ki, onlar da Rusiya xüsusi xidmət orqanlarının köməyi ilə piketlər, nümayişlər keçirir, diplomatik nümayəndəlikləri mühasirəyə alırlar və s.

Bu məlumat mənzərəsində xüsusi nöqtə, dünyanın müxtəlif ölkələrində təmsil olunan təşkilatlar tərəfindən “DQR”in “müstəqilliyinin” tanınması prosesidir. Müvafiq qətnamələr İtaliyanın Milan, Yunanıstanın Saloniki və Fransanın bir sıra şəhər bələdiyyələri tərəfindən qəbul edilib. Son olaraq, Avstraliyanın Yeni Cənubi Uels əyalətinin parlamenti qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyini” tanıması barədə bəyanat verdi.

Bu qərardan eyforiyaya düşən bütün erməni mətbuatının, sosial şəbəkələrin sevincinin həddi-hüdudu yoxdur: “Ermənistana dəstək dünyada artmaqdadır və aparıcı ölkələrin hökumətləri sadəcə xalqların rəyi ilə hesablaşmaq məcburiyyətində qalır”. Sonuncu fakt, həqiqətən demokratik ölkələrdəki hökumətlərə aiddir, lakin bu qəbildən olan səs-küylü siyasi hadisələr, qəbul edilmiş qətnamələr və s. dövlət səviyyəsində diplomatik addımların atılacağı demək deyil. Əsas siyasi oyunçuların bu “müstəqilliyi” tanımaq kimi mənasız bir işlə məşğul olmaq istəməməsi başadüşüləndir. Bunun bir neçə əsaslı səbəbi var:

Birincisi, Bakı artıq diplomatik münasibətlərin kəsilməsinə qədər bu cür hərəkətlərə çox kəskin reaksiya verəcəyi barədə xəbərdarlıq etdi. Bunun ardınca digər əlaqələrin - iqtisadi, maliyyə, mədəni, humanitar və s. kəsilməsi söhbətin predmetidir. Digər tərəfdən, Türkiyənin və bir sıra digər müsəlman dövlətlərinin Azərbaycanın bu demarşına qoşulacağına şübhə yoxdur. Belə adımlardan həssas zərbələr alacağını bilə-bilə, bunun üçün hayqırtı ilə keçirilən yığıncaqlara və ehtimal ki, rüşvət verilmiş səsvermə ilə keçirilən qərarlara dəstək verməyə dəyərmi? Aparıcı ölkələrin yüksək vəzifəli məmurları üçün cavab aydındır.

İkincisi, Qarabağın “müstəqilliyinin” bu cür tanınması, Ermənistanın onsuz da icrası zəif ehtimal edilən atəşkəsə nail olmaq üçün edilən diplomatik fəaliyyətlərinin üzərindən birdəfəlik xətt çəkəcək. Üstəlik, Azərbaycan Ordusunun döyüş meydanında son qələbəsinə qədər Qarabağla bağlı heç bir danışıq şansı olmayacaq.

Üçüncüsü, bu, Bakı və Ankaraya deyil, Moskvaya qarşı bir zərbə olacaq. Beləliklə, Moskvanın Cənubi Qafqazdakı nüfuzu, satelliti olan Ermənistanı nəzarətdə saxlaya bilməyəcəyi təqdirdə, sürətlə sıfıra yaxınlaşdığı açıq şəkildə göstəriləcək.

Dördüncüsü, Kreml üçün bu amil arzuolunmazdır, çünki, şübhəsiz ki, Orta Asiyadan Moldova və Belarusa qədər bütün postsovet məkanına təsir göstərəcək. Ermənistanın bu cür addımları post-sovet məkanının, digər, hələ də dondurulmuş münaqişə zonalarında vəziyyəti dərhal pisləşdirəcək. Xüsusilə, Dnestryanı bölgədə. Və bu, artıq müxtəlif problemlərlə yüklənmiş Rusiya hökumətinə əlavə bir yük olacaq. Üstəlik, Dnestryanı bölgəyə müdaxilə üçün coğrafiya Rusiyanın qarşısını alır. Rusiyanın Dnestryanı ilə ortaq bir sərhədi yoxdur və Moskva orada xidmət göstərən, yalnız adı rus olan, əslində isə yerli vətəndaşlardan ibarət qruplaşmasını aktiv şəkildə dəstəkləyə bilməz. Və bu, Rusiyanın təsirinin azalmasında əlavə bir amil olacaq. Moskvada buna icazə verə bilməzlər və İrəvanda bunun səbəbini çox yaxşı başa düşürlər.

Beşincisi, Avropa və ABŞ da “müstəqil” bir Qarabağın yaranmasına sevinməyəcək. Müharibə artıq Avropa Birliyində də gərginliyi artırıb. Yunanıstan Türkiyəyə qarşı sanksiyalara əl atmaq üçün var gücü ilə çalışdı, amma uğursuz oldu. Böyük mənfi yük daşıyan yeni bir mövzunun ortaya çıxması heç bir şəkildə Avropa paytaxtlarındakı siyasi planlara daxil deyil. Və ümumiyyətlə, Vaşinqtona da əlavə bir başağrısı lazım deyil.

Deməli, erməni diasporunun Rusiya xüsusi xidmət orqanlarının dəstəyi ilə bütün hərəkətlərinin informasiya səs-küyü yaratmaqdan başqa bir şey olmadığı ortaya çıxdı. İrəvanda sağlam düşüncənin qalıqları qorunub saxlanılıbsa, Qarabağ da daxil olmaqla, Ermənistan tərəfindən “müstəqilliyin” tanınması reallaşmayacaq. Buna baxmayaraq, bu cür hərəkətlər tamamilə hesabdan silinməməlidir. Aşırı isterika halında küncə sıxılmış erməni liderləri istənilən addımı ata bilərlər. Bu cür oyunların nəticələri olduqca aydındır və ən əsası, artıq heç bir şey onlara kömək etməyəcək.
Müəllif: Yuri Rayxel \\ayna.az\\


Paylaş:


Müəllif : Tarix:
26-10-2020, 09:14
  


loading...
Загрузка...