reklam
» » Ermənistan və onun “göylə gedən” indiki və keçmiş cani rəhbərləri... - Haqq etdiklərini alırlar

reklam

Ermənistan və onun “göylə gedən” indiki və keçmiş cani rəhbərləri... - Haqq etdiklərini alırlar


Rəşadətli ordumuz əsas quldur yuvası Xankəndinə doğru müzəffər yürüşünü davam etdirdikcə düşmən ölkə və onun hərbi-siyasi rəhbərliyi bir az da isterik duruma girir. Erməniləri ən çox özlərindən çıxaran isə onların ah-nalələrinin, “Artsaxda yeni genosid”, “Qırmızı kitab”a düşən xalq" barədə uydurmalarının heç yerdə ciddiyə alınmamasıdır - nə Qərbdə, nə də Şərqdə, nə Şimalda, nə də Cənubda.

Ermənistan rəhbərləri az qala, hər gün Rusiyadan vurub Avropadan, KTMT-dən vurub NATO-dan çıxırlar, yenə xeyri yoxdur: dünya erməninin göz yaşlarına daha inanmır. Di gəl ki, öz gözlərindəki “tiri” götürmək əvəzinə, hamını, o cümlədən onlara çörək və mövcudluq zəmanəti vermiş ölkələri günahkar, özlərinə borclu çıxarmaqda, hətta təhqir hədəfi etməkdədirlər. Onlar indi Rusiyanı və İrani da ittiham edirlər, ABŞ və İsraili də. Hətta Fransanın bostanına belə daş atırlar. Dünənki dost-müttəfiqləri hədələməkdən belə çəkinmirlər. Əsl erməni xisləti, erməni nankorluğu yəni. Bunu biz çoxdan bilirdik, qoy indi də avropalılar, amerikalılar, ruslar və farslar buna şahidlik etsinlər.

Eyni zamanda, Ermənistan adlı bu pesevdodövlətin rəhbərləri əlacsızlıqdan yenə məhz həmin o dövlətlərin liderlərinə yalvarmaqdan, onların qapılarını döyüb dəng etməkdən, zəng edib başlarını aparmaqdan usanmır, işğalçı ölkənin olmayan dəyərini qaldırmağa çalışırlar. Sanki bu dəqiqə bütün dünyanın yalnız bircə dərdi olmalıdır: yığışıb bu “ən qədim və nadir millət”i “qəddar türklər”dən xilas eləmək.

Üz lazımdır buna. Amma erməni mediasına göz atmaq kifayətdir ki, bu topluma həya-abır adlı mənəvi-əxlaqi keyfiyyətlərin yerli-dibli xas olmadığına bir daha yəqinlik hasil edəsən.

*****

Məsələn, Qalust Qriqoryan ad-soyadlı erməni şərhçi Arnenianreport.com-da yazır: “Hamı bizə xəyanət etdi, hamı bizi satdı. Hər şeydən əvvəl də Rusiya. Özü də bunu Putin üzündə pis bir təbəssümlə etdi. O, erməni xalqına xəyanətə görə artıqlaması ilə cavab verəcək. Hələliksə biz erməni xalqının, Ermənistanın və ”Artsax"ın bu günü və gələcəyinə görə məsuliyyəti öz əlimizə götürməyə məcburuq. Hər bir erməni başa düşməlidir ki, bundan sonra müharibə ona da aiddir. Harada yaşadığımızdan asılı olmayaraq, biz böyük Qaregin Njde ilə bağladığımız əhdi xatırlamalıyıq: “Türklə mübarizəsiz bir gün də olmamalıdır”. Hər birimizi tək bir duyğu idarə eləməlidir: qisas, intiqam və bir daha intiqam! Düşmən tərəfindən öldürülən hər bir qəhrəmanımız üçün, vətənimizin hər qarışı üçün. Yeni erməni “soyqırımı”nda iştirak edənlərin hamısına qarşı. Artıq heç bir maneə olmamalıdır, çünki bütün “qırmızı xətlər” keçilib".

Bəllidir ki, Qaregin Njde nasist əlaltısı olub, 2-ci Dünya müharibəsi zamanı dinc əhalinin, o cümlədən yəhudilərin qətliamında iştirak edib. Ondan qabaq isə o, türk əhalisinə qarşı saysız-hesabsız cinayətlər törədib, azğınlıqlara imza atıb. “Dünyada axırıncı türk kar, kor və lal da olsa, öldürülməlidir”. Bu da həmin bu məxluqun sözüdür.

İndi İrəvanın mərkəzində 6 metrlik abidəsi qoyulmuş belə bir ikiayaqlı vəhşiyə - Njdeyə sitayişdə bulunan toplum və onun rəhbərləri ilə, özəlliklə Njde sevdalısı, babası da nasist olan Paşinayanla sülh danışığı aparmaq mümkünmü? Üstəlik, onun özünün sorosçu rejiminin sonuna bir şey qalmayıbsa...

*****

“Nikol Paşinyan rejiminin çökməsindən və Qərbdən yardım perspektivlərinin olmamasından xəbərdardır”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov rusdilli Vesti.az-a açıqlamasında Paşinyanın xalqa son müraciətini şərh edərkən deyib.

Onun sözlərinə görə, son illərdə tamamilə rusofobik və qərbyönümlü bir mövqe tutan İrəvanın yeganə ümidi yenə Rusiyaya qalıb. “Moskva İrəvanın BMT TŞ-nin məlum qətnamələri də daxil olmaqla, bütün oyun qaydalarını pozduğunu çox yaxşı bilir. Qarabağdakı vəziyyəti ”Münhen müqaviləsi" ilə müqayisə edən Nikol Paşinyan isə zamanları və anlayışları tamamilə qarışdırır. Qarabağ Azərbaycandır və hər zaman da onun olub, əgər mediadakı bu cəfəngiyat nəzərə alınmazsa: “əvvəlcə dinozavrlar, daha sonra isə ermənilər yaranıb”, - deyə o, istehzalı şəkildə qeyd edib.

Politoloq Ermənistanın özündə faşistlərin qəhrəman səviyyəsinə qaldırıldığını və onlara abidələr qoyulurkən II Dünya müharibəsindən əvvəlki hadisələri Qarabağ ətrafındakı vəziyyətlə müqayisə etməsini riyakarlıq saydığını da bildirib.

Sözünə davam edən ekspert deyib: “Paşinyan tarixdən ən az məlumatı olan, ortabab müxalif jurnalist idi və elə də qalır. Çətin ki, o, ən azı qulaq veriləcək bir siyasətçiyə çevrilə bilsin. Onun ”böyük Ermənistan" və erməni milli üstünlüyə dair iddiaları dünya güclərində tərəfindən təqdir almır, eyni zamanda, o, üçüncü ölkələri müharibəyə cəlb edə bilməyəcək".

Rusiyalı mütəxəssisin fikrincə, Paşinyanın erməni qüvvələrinin bütün cəbhələrdə geri çəkilməsini etiraf etməsi onun ümid edəcəyi heç bir şeyin qalmadığını, “əzabkeş millət” təbliğatına dəstək tapmadığını göstərir.

Bu da elə Azərbaycan Ordusuna öz zəfər yürüşünü daha qətiyyətlə davam etdirmək üçün əlavə stimul deməkdir. Silahlı qüvvələrimiz işğalçı birləşmələri rahatca ayaq altda qoyaraq irəliləyir. Erməni ordusunun məğlubedilməzlik mifi darmadağın edilib. Ermənistan və onun “göylə gedən” indiki və əvvəlki cani rəhbərləri haqq etdiklərini alırlar. Həm də artıqlaması ilə.

*****

“Paşinyanın elan etdiyi total səfərbərlik öz əsgərlərini məhv etməkdir. O ya qeyri-adekvatdır, ya da sadəcə ikiüzlü avantüristdir”.

Bunu öz Facebook səhifəsində rusiyalı hərbi ekspert Vladislav Şurıqin yazıb. “Bu günlərdə təxminən bir saat pilotsuz uçan aparatların videosuna baxdım. Bu, sadəcə, qırğındır. Onlarla yox, yüzlərlə hücumdur. Artıq heç bir əhəmiyyətli komanda məntəqəsi, anbar, artilleriya mövqeyi, tanklar yoxdur. İndi ov 3-5 əsgər qruplarına qarşı gedir. Azərbaycanın havada tam hökmranlığı var. Baxdığım bu videoda ölənlər yüzlərlədir. Paşinyanın total səfərbərlik çağırışı yalnız öz əsgərlərinin məhv edilməsidir. O, ya qeyri-adekvatdır, ya da sadəcə ikiüzlü avantüristdir. Atəşkəs və danışıqlar lazımdır. Ermənistanı Qarabağda tam məhvdən xilas edəcək yeganə yol budur”, - deyə o qeyd edib.

Qalır, bütün dünyanın qəbul elədiyi bu sərt gerçəyi Ermənistanın hərbi-siyasi rəhbərliyinin etiraf edib kapitulyasiyaya imza atması. Zaman İrəvana işləmir...
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
24-10-2020, 09:35
  


loading...
Загрузка...