reklam
» » Ermənistandan Azərbaycana qarşı uğursuz bölücülük cəhdi - ALINMADI, ALINMAYACAQ DA!

reklam

Ermənistandan Azərbaycana qarşı uğursuz bölücülük cəhdi - ALINMADI, ALINMAYACAQ DA!


Azərbaycan multikultural dövlətdir və tərkibində yaşayan bütün etnik xalqlara tolerant münasibət bəsləyir. Burada yaşayan etnik xalqlar da elə Azərbaycan dövlətini öz ana vətəni, doğması, əzizi kimi qəbul edir, sevir və onun ərazi bütövlüyünü qorumaq üçün hər şeyə qadirdir. Bunun, müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində şəhid olmuş və milliyyətcə talış olan Valeh Müslümov kimi örnəyi var.

Ermənistanın Birinci Qarabağ müharibəsi illərində Azərbaycanın xaotik vəziyyətindən istifadə edərək qurduğu plan nəticəsində bir para satqının separatçılıq cəhdinə aldanıb, bu gün də həmin xainlərdən yararlanmaq planı baş tutmur, tutmayacaq da. Necə ki, 90-cı illərin əvvəllərində ölkənin cənubunda “Talış Muğan Respublikası” yaratmaq istəyənlər bir ovuc separatçı idi və talışlar onları dəstəkləmir, hətta, bu günəcən lənətləyirlər. Bu gün də Ermənistanın təxribatına uyan üç-beş xainin sosial şəbəkədə bölücülük salmaq cəhdi özünə tərəfdar kütlə qazana bilmədiyi üçün puç olur.

Sosial şəbəkələrdə bir para erməni lobbisi çörəyini yeyənlər “orduya etnik xalqların nümayəndələri daha çox göndərilir”, “Azərbaycan hökuməti ermənilərə qarşı talışlardan daha çox istifadə edir ki, bu etnik xalqın sayını azaltsın” kimi absurd və vicdansız iddialarda bulunurlar. Lakin hər bir talış bunun məkr, təxribat olduğunun fərqindədir və bu səbəblə də Astarada, Lənkəranda “Talışlar oyaqdır, Qarabağa dayaqdır” şüarları ilə Qarabağa dəstək yürüşləri təşkil edib, ermənilərə, onların lobbilərinin buradakı kuklalarına həqiqəti göstərdilər.

Bu gün heç kəs iddia edə bilməz ki, orduda yalnız etnik xalqların nümayəndələri döyüşür və həlak olurlar. Bunu deyənlər Mingəçevirdə, iki övladı Qarabağda gedən döyüşlərdə şəhid olmuş və onları bir gündə torpağa tapşıran ananın üzünə necə baxa bilər? Heçmi vicdanları sızlamaz, mənəviyyatları ağrımaz bu iddianı edərkən?

Tarix bu iyrənc oyunu bir dəfə görüb və bu oyunun iştirakçıları əbədi lənətlə cəzalanıblar. İndi onlar heç öz doğulduqları torpaqlara ayaq basa bilmirlər. Guya, vətən dərdi çəkib, əslində, vətənə dönük olanlar indi vətəndən əbədi didərgin düşüblər. Nə sirdirsə, bu qədər uzun müddətdir öz vətənlərindən ayrı düşən bu vətən sevdalıları hələ də həsrətdən ölməyiblər, əksinə, ermənilərin onlara verdiyi pullar içində bəh-bəhlə, eyş-işrətlə yaşayır, amma bütün insai keyfiyyətlərindən məhrum qalıblar.

Artıq Ermənistandan da Azərbaycanda törətmək istədikləri daxili çaxnaşmanın baş tutmadığını, etnik bölücülüyün daha işə yaramadığını anlayıb, başqa oyunlar qurmaq barədə düşünürlər. Lakin ləhləyə-ləhləyə onlardan pay gözləyənlər hələ də bölücülüyün işə yarayacağını düşünür və yersiz, sarsaq iddiaları ilə ürək bulandırırlar.

Bir tərəfində talışlar, bir tərəfində ləzgilər, bir yanında tatlar, bir yanında yəhudilər və başqa etnik xalqlar, hətta, buradakı ermənilər də Azərbaycan türkləri ilə bir-birilərinə qardaş deyə-deyə yaşayır və bu regionun milli rəngarəngliyini, mədəni çeşidliliyini təmin edirlər.

Yaxın Şərqin xalqlar dostluğu olan bu diyarda Ermənistan kimi monolit dövlətin iyrənc oyunları, eləcə də onların buradakı əlaltılarının cəfəng iddiaları işə yaramayıb, yaramayacaq da! \\AYNA.AZ\\


Paylaş:


Müəllif : Tarix:
22-10-2020, 09:39
  


loading...
Загрузка...