reklam
» » Şərtlə danışmağa çalışan İrəvana alimdən dörd xatırlatma: - heç birini yerinə yetirmədiniz

reklam

Şərtlə danışmağa çalışan İrəvana alimdən dörd xatırlatma: - heç birini yerinə yetirmədiniz


"Ermənilər İrəvanın onlara verilməsi və İrəvan bölgəsində erməni dövlətinin yaradılması müqabilində üzərlərinə götürdükləri öhdəliklərin heç birini yerinə yətirməyiblər".

Bu barədə Sputnik Azərbaycan-a tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov danışıb.

Onun sözlərinə görə, 1918-ci ildə Batumda aparılan Türkiyə, Azərbaycan və erməni danışıqları nəticəsində erməni dövlətinin Osmanlı Dövlətinin yeni sərhədləri ilə Göyçə gölü arasında yaradılması qərarlaşdırılıb:

"Mərkəzi İrəvan şəhəri olmaqla erməni dövləti cəmi 9000 kvadrat kilometrdən ibarət olmalı idi. Erməni dövlətinin yaradılmasına qərar verilən zaman ermənilər öz üzərlərinə bir sıra öhdəliklər götürdülər. Əslində bu öhdəlikləri Türkiyə Ermənistanın üzərinə qoymuşdu. Həmin öhdəliklər Azərbaycan-Ermənistan danışıqlarında müəyyən edilmişdi".
Tarixçi vurğulayır ki, bütövlükdə İrəvan bölgəsində erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi müqabilində ermənilər öz üzərlərinə 4 şərt götürüblər.

Bu şərtlərin birincisi Bakıda olan daşnak qüvvələrin çıxarılması idi. Belə ki, onlar Şaumyanla əlaqəyə girib, Bakıda müsəlman əhalinin təhlükəsizliyini təmin etməli idilər.

İkinci şərt – azərbaycanlılara qarşı olan soyqırım əməllərini, Türkiyə və Azərbaycana qarşı düşmənçiliyi dayandırmalı idilər.

Tarixçi vurğulayır ki, üçüncü şərtə əsasən, İrəvanda və yeni yaradılmış erməni dövlətinin digər ərazilərində qalan müsəlmanların ana dilində təhsil almaq, mədəniyyət, siyasi, dini və digər hüquqlarını təmin etməli idilər: "Dördüncü şərt isə Yelizavetpol quberniyasının dağlıq hissəsinə - konkret Qarabağa olan ərazi iddialarından imtina etməli idilər. Bu dörd şərt çərçivəsində İrəvan ermənilərə verildi. Və İrəvan bölgəsində Ermənistan dövləti yaradıldı. Batum müqaviləsində bu şərtlər təsbit edilmişdi".

V.Qafarovun sözlərinə görə, Ermənistan dövləti yaradıldıqdan sonra ermənilər öz üzərlərinə götürdükləri öhdəliklərin heç birini yerinə yetirmədilər.


Paylaş:


Müəllif : Tarix:
22-10-2020, 09:30
  


loading...
Загрузка...