reklam
» » “Ermənistan KTMT-dən çıxarıla bilər” - deputat

reklam

“Ermənistan KTMT-dən çıxarıla bilər” - deputat

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan Ermənistanla bağlı cəza tədbirləri görə, hətta onun qurumdan uzaqlaşdırılması kimi addımları da ata bilər”.

Sfera.az-a açıqlamasında bu sözləri Ermənistanın mülki əhalini hədəf alması fonunda onun KTMT nizamnaməsini də pozmasına toxunarkən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib:

"Ermənistan yanılaraq KTMT-nin nizamnaməsinə istinad etməklə Rusiyanı da münaqişəyə cəlb etməyi düşünür. Amma bununla KTMT tərəfindən Ermənistanın özünə qarşı cavab tədbirlərinin görülməsi üçün əsas yaratmış olur. Belə ki, qurumun nizamnaməsinin birinci maddəsində aydın mətnlə qeyd edilir ki, təşkilata üzv dövlətlər dövlətlərarası münasibətlərdə hərbi gücdən istifadə etməməlidir”.

Deputatın fikrincə, Ermənistan Azərbaycanın mülki əhalisi və obyektlərini hədəf almaqla üzvü olduğu KTMT nizamnaməsinin 1-ci maddəsini kobud şəkildə pozub:

"Bu baxımdan hesab edirəm ki, KTMT Ermənistanla bağlı cəza tədbirləri, hətta onun qurumdan uzaqlaşdırılması kimi addımları da nəzərdən keçirə bilər”.


Paylaş:


Müəllif : Tarix:
19-10-2020, 15:44
  


loading...
Загрузка...