reklam
» » Səfir Paşinyanı faciənin günahkarı adlandırdı

reklam

Səfir Paşinyanı faciənin günahkarı adlandırdı


“Dağlıq Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınması bütün körpülərin yandırılması anlamını daşıyacaq”. APA -nın Moskva müxbirinin RBK-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

"Buna reaksiya çox mənfi olacaq. Baxın, o zaman bu sona kimi gedəcək”, - deyə Azərbaycan səfiri vurğulayıb .

Polad Bülbüloğlu Ermənistan baş naziri Nikol Paşinyanı faciənin günahkarı adlandırıb, onu öz sərt bəyanatları ilə danışıqlar prosesini pozmaqda qınayıb. Diplomatın sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağdan erməniləri qovmaq məqsədi güdmür, ora azərbaycanlıları qaytarmaq istəyir.

Səfir qeyd edib ki, Azərbaycan münaqişənin həllini Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasında, ticarətin bərpa edilməsində, daha sonra Dağlıq Qarabağın statusunun müzakirəsində görür.



Paylaş:


Müəllif : Tarix:
30-09-2020, 16:12
  


loading...
Загрузка...