reklam
» » Cəbhədə SON VƏZİYYƏT - MN-dən açıqlama

reklam

Cəbhədə SON VƏZİYYƏT - MN-dən açıqlama


“Sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutub”.

Bunu bu gün Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralanan var: “Mülki infrastruktur obyektlərinə ciddi zərər dəyib. Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələri susdurulub. Mülki əhalinin təhlükəsizliyini qorumaq üçün qoşunların əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. Ermənistan Silahlı Qüvvələrinin ön xətdə və cəbhənin dərinliyində yerləşən obyektləri məhv edilib.

Müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib.

Azərbaycan Ordusunun bir döyüş helikopteri zədələnib, helikopter öz mövqelərimizə eniş edib. Qoşunlar sürətli əks-hücum əməliyyatlarını davam etdirir”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi sosial şəbəkə istifadəçilərini rəsmi olmayan, dəqiqləşdirilməyən, qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırıb.


Paylaş:


Müəllif : Tarix:
27-09-2020, 10:58
  


loading...
Загрузка...