reklam
» » ABŞ və Ukrayna Lukaşenkonu prezident kimi tanımadılar

reklam

ABŞ və Ukrayna Lukaşenkonu prezident kimi tanımadılar


ABŞ dünən gizli inauqurasiya mərasimi keçirən Aleksandr Lukaşenkonu Belarus prezidenti kimi tanımır.

Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir:
“9 avqust prezident seçkiləri azad və ədalətli keçirilməyib. Elan olunmuş nəticələr saxtalaşdırılıb və qanunsuzdur. ABŞ Aleksandr Lukaşenkonu Belarusun qanuni seçilmiş prezidenti kimi tanıya bilməz”.
Ukrayna Xarici İşlər Nazirliyi də Lukaşenkonu qanuni prezident kimi tanımadıqlarını bəyan edib. Belə ki, Ukrayna XİN rəhbəri Dmitri Kuleba Tvitter səhifəsində yazıb:
“Ukrayna heç vaxt heç bir halda Belarusun daxili işlərinə qarışmayıb və hər zaman Belarus xalqını dəstəkləyəcək. Belarusdakı seçki kampaniyasının gedişatını və sonrakı hadisələri nəzərə alsaq, A.Lukaşenkonun bugünkü “inauqurasiya” mərasimi onun Belarus dövlətinin rəhbəri kimi tanınması demək deyil”.
Xatırladaq ki, 9 avqust seçkilərindən sonra Belarusda kütləvi etiraz aksiyaları keçirilir. Müxalifətçilər Aleksandr Lukaşenkonun 80,1% səslə qalib elan olunmasına etiraz edirlər. Onlar seçkinin saxtalaşdırıldığı iddiasını irəli sürürlər.  


Paylaş:


Müəllif : Tarix:
24-09-2020, 10:54
  


loading...
Загрузка...