reklam
» » Ərdoğan Kəşmirə görə Pakistanı dəstəklədi - Hindistandan cavab gəldi

reklam

Ərdoğan Kəşmirə görə Pakistanı dəstəklədi - Hindistandan cavab gəldi


Hindistan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Birləşmiş Millətlər Təşkilatının Baş Məclisindəki çıxışı zamanı Kəşmirlə bağlı verdiyi açıqlamaya görə tənqid edib.
Bu haqda məlumat erməni mediasında yer alıb.
“Ərdoğanın şərhləri Hindistanın daxili işlərinə kobud müdaxilədir və tamamilə qəbuledilməzdir”.  Hindistanın BMT-dəki Daimi Nümayəndəsi Twitter-də belə yazıb.
“Türkiyə digər ölkələrin suverenliyinə hörmət etməyi və öz siyasətini dərindən düşünməyi öyrənməlidir” deyib.
BMT-dəki ümumi debatlar zamanı Ərdoğan Cammu və Kəşmir məsələsinin “qaynar bir nöqtə” olaraq qaldığını və bölgədəki sabitlik və sülh üçün bu məsələnin vacibliyini bildirib.
“Cammu-Kaşmir”in xüsusi statusunun qaldırılmasından bəri atılan addımlar problemi daha da çətinləşdirdi”. Türkiyə lideri belə deyib.
Haşiyə: Qeyd edək ki, Ərdoğanın həmin çıxışında Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanın da adı çəkilmişdi. Nədəncə rəsmi İrəvan buna öz münasubətini bildirmədi, yalnız Hindistanın cavabını yayımlamaqla kifayətləndi.
Görəsən, Ermənistanın hazırkı hakimiyyətini çəkindirən nədir?


Paylaş:


Müəllif : Tarix:
23-09-2020, 15:30
  


loading...
Загрузка...