reklam
» » Lukaşenko etirazçıları “qoyun” adlandırdı – “Qoyunları idarə etmək üçün...”

reklam

Lukaşenko etirazçıları “qoyun” adlandırdı – “Qoyunları idarə etmək üçün...”


Məlum olduğu kimi, Belarusda keçirilən prezident seçkilərindən sonra baş tutan kütləvi etiraz aksiyalarına hakimiyyət tərəfindən sərt şəkildə müdaxilə olunub.
Ölkənin Daxili İşlər Nazirliyi min nəfəri Minskdə olmaqla, ölkə üzrə 3 minədək etirazçının saxlandığını, toqquşmalar zamanı 50-dən çox dinc sakinin, 39 hüquq-mühafizə əməkdaşının xəsarət aldığını rəsmən bəyan edib.
Müxalifətin əsas namizədi Svetlana Tixanovskaya isə Minskdə keçirdiyi mətbuat konfransında seçkinin qalibi olduğunu açıqlayıb. O, fikrinin seçki məntəqələrinin çoxundan əldə olunmuş real protokollara əsaslandığını, həmin sənədlərin onun seçkini udduğunu sübuta yetirdiyini söyləyib.
Tixanovskaya seçki komissiyasının elan etdiyi rəsmi nəticələrin saxtalaşdırıldığını iddia edib. Onun sözlərinə görə, etirazlar zamanı bir nəfərin öldüyü təsdiqlənərsə, bu, Lukaşenko hökumətinin sonunun başlanğıcı olacaq. DİN-in rəsmi sözçüsü isə bir nəfərin ölümü haqda məlumatın yalan olduğunu bildirib.
Prezident Aleksandr Lukaşenko isə öz növbəsində aksiyalarda iştirak edənləri sərt dildə tənqid və hətta təhqir edib. Lukaşenko etirazçılara “adekvat cavab veriləcəyini” bildirib. Prezident həmçinin etirazçıları telefon vasitəsilə xarici ölkələrdən idarə olunan “qoyunlar” adlandırıb: “Polşadan, Böyük Britaniyadan, Çexiya Respublikasından bizim, bu sözə görə üzr istəyirəm, qoyunları idarə etmək üçün telefon zəngləri olub. Onlar nə etdiklərini bilmirlər və başqaları onları idarə etməyə başlayır.”
Prezident aksiyalarda iştirak edən gənclərin valideynlərinə də xəbərdarlıq edərək, əgər sonradan peşman olmalarını istəmirlərsə, vaxtında övladlarına nəzarət etmələrini məsləhət görüb. Lukaşenko əlavə edib ki, Minskin mərkəzində “yanğın törətmək”cəhdi baş tutmayıb və o, ölkənin parçalanmasına imkan verməyəcək.
Onu da qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Belarusda baş verən zorakılığı pisləyib, hökuməti seçkinin nəticələrini dəqiq hesablayıb dərc etməyə çağırıb. 
Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali təmsilçisi Jozep Borrell və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi də zorakılığı pisləyib. Onlar da avqustun 10-da verdikləri bəyanatda Belarus hökumətini səsləri düzgün saymağa çağırıblar./


 


Paylaş:


Müəllif : Tarix:
11-08-2020, 08:10
  


loading...
Загрузка...