reklam
» » “KOMANDA BELƏ OLUB: GÖZLƏMƏK...” – “Belarusda saxlanılan rusiyalılar hər şeyi danışıblar”

reklam

“KOMANDA BELƏ OLUB: GÖZLƏMƏK...” – “Belarusda saxlanılan rusiyalılar hər şeyi danışıblar”


Belarusda saxlanılan rusiyalılar bu ölkəyə xüsusi məqsədlə gəliblər və onlara gözləmək tapşırığı verilib.
Bu barədə avqustun 4-də Aleksandr Lukaşenko Belarus xaqına və Milli Məclisinə göndərdiyi ismarışda bəyan edib.
«Bu, çox təhlükəli və güclü siqnaldır. İstanbul, Venesuela, Afrika və Liviya barədə deyilənlərin hamısı yalandır. Bu insanlar ifadə veriblər - məxsusi olaraq Belarusa göndəriliblər. Komanda belə olub: gözləmək. İstanbula alınmış biletlər - əfsanədir. Çünki sərhədi keçərkən onlar göstərməli idilər ki, İstanbula uçurlar. Ola bilsin ki, mən, pis coğrafiyaşünasam - mən başa düşmürəm, axı nə üçün Afrikaya Şimal qütbündən keçməklə uçurlar? Asanlıqla Novorossiyskdən, Krımdan uçmaq olardı - sıçradın və artıq İstanbulda olardın. Nə üçün Belarusdan keçməklə? Belə yalana qulaq asmayın, belə yalan heç kimə gərək deyil» - Lukaşenko deyib və Rusiyanı yalan danışmaqdan əl çəkməyə çağırıb.
Bu zaman Lukaşenko qeyd edib ki, onun əlində daha bir əcnəbi dəstənin ölkəyə tullanması barədə məlumat var.


Paylaş:


Müəllif : Tarix:
4-08-2020, 22:25
  


loading...
Загрузка...