reklam
» » AZƏRBAYCAN-TÜRKİYƏ TƏLİMLƏRİ: yeni görüntülər yayıldı - FOTOLAR + VİDEO (Yenilənib)

reklam

AZƏRBAYCAN-TÜRKİYƏ TƏLİMLƏRİ: yeni görüntülər yayıldı - FOTOLAR + VİDEO (Yenilənib)


Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.
Müdafiə Nazirliyindən  verilən məlumata görə, plana əsasən tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.
Təlimin ssenarisinə uyğun olaraq təyin edilmiş məntəqələrə çıxarılan motoatıcı və zirehli texnika bölmələri tapşırıqları icra ediblər.
Təlimlər davam edir.










***
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanla birlikdə keçirilən, iyulun 29-dan başlayan birgə irimiqyaslı təlimlərin quru mərhələsindən yeni görüntülər yayıb.
Türkiyə KİV-lərin yayımladığı görüntülər təlimlərin döyüş atışsız mərhələsini əks etdirir, kadrlara əsasən zirehli texnika döyüş manevrləri edir və atəş mövqelərini tutur. Habelə iki ölkə xüsusi təyinatlıları birgə məşqlər həyata keçirir.
Təlimlər avqustun 10-nadək davam edəcək. Xatırladaq ki, təlimlər Naxçıvanda, Bakı ətrafındakı, habelə təmas xəttinə yaxın poliqonlarda keçirilir. Türkiyə təlimlərə qatılmaq üçün Azərbaycana 5 F-16 qırıcısı, “Atak” hücum vertolyotları, reaktiv yayılım atəşi sistemləri və 11 minə yaxın canlı qüvvə göndərib.









Paylaş:


Müəllif : Tarix:
2-08-2020, 16:55
  


loading...
Загрузка...