reklam
» » Polşada prezident seçkiləri keçirilir

reklam

Polşada prezident seçkiləri keçirilir


Polşada prezident seçkiləri keçirilir.

Yerli vaxtla saat 07:00-də açılan seçki məntəqələri saat 21:00-da bağlanacaq. Bundan sonra ekzitpolun ilk nəticələri hesablanacaq. 27 min 230 məntəqədə 30 milyonadək seçici səs verəcək. Seçkilərdə hazırkı prezident Andjey Duda ilə birlikdə 11 namizəd iştirak edir.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bu il Polşada seçkilər qarışıq formada keçirilir. Belə ki, seçicilər səsvermə məntəqələri ilə yanaşı, poçt vasitəsilə də səs verə bilərlər.


Paylaş:


Müəllif : Tarix:
28-06-2020, 10:42
  


loading...
Загрузка...