reklam
» » İrandan Trampın yeni müqavilə təklifinə cavab

reklam

İrandan Trampın yeni müqavilə təklifinə cavab


İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ Prezidenti Donald Trampın yeni sazişlər barədə təklifinə münasibət bildirib.

Zərif İran-ABŞ münasibətlərinin və nüvə anlaşması ətrafında vəziyyətin düzəldilməsi ilə bağlı məsuliyyətin ABŞ-ın üzərinə düşdüyünü ifadə edib.

XİN rəsmisinin sözlərinə görə, İran heç vaxt danışıqlar masasını tərk etməyib və bu məsələdə məsuliyyət Birləşmiş Ştatların üzərindədir. Hər iki ölkə arasında məhbus mübadiləsini Zərif humanizm adlandırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı Maykl Uaytın sərbəst buraxılmasına görə İran hökumətinə minnətdarlığını bildirib və Tehranıı Prezident seçkilərinin sonuna qədər gözləməməyə, "ən yaxşı müqaviləni" indi bağlamağa çağırıb.



Paylaş:


Müəllif : Tarix:
6-06-2020, 23:03
  


loading...
Загрузка...