reklam
» » Lukaşenko hökuməti istefaya göndərdi

reklam

Lukaşenko hökuməti istefaya göndərdi


Belarus Prezidenti Aleksandr Lukaşenko hökuməti istefaya göndərib. Bu barədə “BELTA” xəbər verib.

“Dövlət başçısı müvafiq fərman imzalayıb”, - deyə məlumatda bildirilir. Daha əvvəl Lukaşenko müşavirədə Nazirlər Kabinetinin tərkibini radikal şəkildə dəyişmək niyyətində olmadığını bildirmişdi. O qeyd edirdi ki, hökumətdən başqa işə yalnız iqtisadi böhran dövründə işin həcminin öhtəsindən gəlməyənlər yönəldilməlidir. Söhbətin kimdən getdiyini isə Lukaşenko dəqiqləşdirməyib.

Avqustun 9-da Belarusda prezident seçkiləri keçirilməlidir. Hazırkı dövlət başçısı onların ədalətli və düzgün keçəcəyini bəyan edib. Lukaşenko 1994-cü ilin iyul ayından bəri Belarus prezidenti vəzifəsini dəyişməz olaraq tutur. İndi onun 2020-ci ildə bitəcək beşinci prezidentlik dövrü gedir. O, 2001, 2006, 2010 və 2015-ci illərdə respublika başçısı seçkilərində 75 %-dən az olmayaraq səs toplayırdı.


Paylaş:


Müəllif : Tarix:
3-06-2020, 23:48
  


loading...
Загрузка...