reklam
» » Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı

reklam

Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı


ABŞ Prezidenti Donald Tramp kütləvi iğtişaşların davam etdiyi Nyu-York şəhərinə qoşun yeridilməsini təklif edib.

Bu barədə o, "rəsmi Twitter" hesabında açıqlama verib.
“Nyu-York nəzarətdən çıxıb. Şəhər meri və ştat qubernatoru etirazları dərhal dayandırmalıdır!”.

Amerika lideri başqa bir paylaşımda yerli hökumətin federal qoşunları köməyə çağırmağa nə vaxt qərar verəcəyini soruşub. Daha əvvəl isə Tramp qubernator Kuomonu Milli Qvardiyanı köməyə çağırmamaqla Nyu-Yorku xaosa sürükləməkdə ittiham etmişdi.

Qeyd edək ki, Nyu-York şəhərində komendant saatı tətbiq olunmasına baxmayaraq, polislə etirazçılar arasında şiddətli toqquşmalar davam edir, nümayişçilərin bəzilərinin silahlı olduğu bildirilir.


Paylaş:


Müəllif : Tarix:
3-06-2020, 11:53
  


loading...
Загрузка...