reklam
» » ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb

reklam

ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb


ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli və Milli Məclisin Sədri Sahibə Qafarova arasında telefon danışığı olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

G.Tsereteli parlament sədrini Azərbaycanın Respublika Günü münasibətilə təbrik edib.

Söhbət zamanı COVID-19 pandemiyası ilə bağlı durum və parlamentlərin fövqəladə vəziyyət rejimində fəaliyyəti müzakirə olunub.

S.Qafarova öz növbəsində G.Tsereteliyə təşəkkür edib və ATƏT-lə aktiv əməkdaşlığın önəmini bildirib. Tərəflər pandemiyadan sonra əməkdaşlığın daha da fəal olacağına ümid ifadə ediblər.

Danışıq zamanı Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in münaqişənin həllinə fəal cəlb olunması məsələsinə də toxunulub.

G.Tsereteli və S.Qafarova həmçinin Gürcüstan və Azərbaycan arasındakı mehriban qonşuluq və strateji əməkdaşlığın əhəmiyyətini də vurğulayıblar


Paylaş:


Müəllif : Tarix:
28-05-2020, 22:19
  


loading...
Загрузка...