reklam
» » Prezident Tibb Universiteti ilə bağlı SƏRƏNCAM İMZALADI

reklam

Prezident Tibb Universiteti ilə bağlı SƏRƏNCAM İMZALADI


Prezident İlham Əliyev "Azərbaycan Tibb Universitetinin 90 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.

Regionxeberleri.com-un "Report"a istinadən xəbərinə görə, sərəncamda deyilir ki, 2020-ci ildə respublikanın ilk ali tibb təhsili ocağının – Azərbaycan Tibb Universitetinin təsis edilməsinin 90 illiyi tamam olur:

"Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında yaradılmış Azərbaycan Tibb Universiteti ölkəmizin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Azərbaycan səhiyyəsinin inkişafı tarixində xüsusi mövqeyə malik Universitet öz fəaliyyətində təhsili, elmi və tibbi daim üzvi şəkildə birləşdirmiş, ötən illər ərzində təbabətin ən müxtəlif sahələri üçün yüksək bilikli və bacarıqlı kadrların yetişməsində, həmçinin mötəbər elmi mərkəz kimi fundamental tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamışdır. Tibb Universitetində beynəlxalq əməkdaşlıq əlaqələrinin davamlı genişləndirilməsi və tibb təhsilinin müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl həyata keçirilən işlər təqdirəlayiqdir".

Sərəncamda Səhiyyə Nazirliyinə Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Tibb Universitetinin 90 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Paylaş:


Müəllif : Tarix:
14-05-2020, 17:19
  


loading...
Загрузка...