reklam
» » Zelenski Saakaşviliyə yüksək vəzifə təklif etdi

reklam

Zelenski Saakaşviliyə yüksək vəzifə təklif etdi


Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş rəhbəri Mixail Saakaşviliyə Baş nazir müavini vəzifəsini təklif edib.
 Bu barədə “Ukrayna Həqiqətləri” məlumat yayıb.
Sözügedən məlumatı Saakaşvilini mətbuat xidməti təstiqləyib.
“Vladimir Zelenskinin Baz nazir müavini ilə bağlı təklifi hal-hazırda müzakirə edilir. Lakin ilk növbədə siyasətçi “Xalqın xidmətçisi” fraksiyasının millət vəkilləri ilə görüşmək və islahatları müzakirə etmək niyyətindədir”- məlumatda qeyd olunub.
Sözügedən təklifi “Facebook” hesabındakı paylaşımı ilə təsdiqləyən Mixail Saakaşvili Vladimir Zelenski tərəfindən şəxsən dəvət olunduğunu və bu cür təklifin onun üçün böyük şərəf olduğunu bildirib. Eyni zamanda tezliklə Verxovna Radada anti-böhran proqramını təqdim edəcəyinə söz verib.
“Xalqın xidmətçisi” fraksiyası rəhbərinin müavini Yevgeniya Kravçuk da sözügedən informasiyanı təsdiqləyib və Saakaşvilinin aprelin 24-də millət vəkilləri ilə görüşəcəyini qeyd edib.


Paylaş:


Müəllif : Tarix:
22-04-2020, 17:09
  


loading...
Загрузка...