reklam
» » TRAMPIN "TVİTİ" NEFTİN QİYMƏTİNİ BAHALAŞDIRACAQMI? – Ekspertlər nikbin deyil

reklam

TRAMPIN "TVİTİ" NEFTİN QİYMƏTİNİ BAHALAŞDIRACAQMI? – Ekspertlər nikbin deyil


Bu gün dünya neft birjaları ABŞ prezidentinin atdığı tvitlə çalxalandı - 25 dollardan 36 dollara qədər yüksəldi, az sonra yenidən 29 dollara qədər gerilədi.
Tramp Rusiya və Səudiyyənin hasilatın gündəlik hasilatın 15 milyon barrel azaldılması barədə razılıq əldə edəcəyini bəyan etmişdi.
Beynəlxalq ekspertlər dərhal bunun praktiki olaraq mümkün olmadığını yazdı - çünki bu ölkənin 2-nin birlikdə cəmi hasilatı elə 22 mln. barreldir. Yəni, birdən-birə hasilatı 75% nədir, hətta 25-30% azaldacaqları belə şübhəlidir.
Ekspert Rövşən Ağayev bildirir ki, qlobal iqtisadiyyatın orta hesabla 25-30% kiçildiyi bir vaxtda bazardan neft artıqlığının götürülməsinin belə neftin qiymətlərində nəzərəçarpan artıma səbəb olacağı, hətta bazarın real tələbatı səviyyəsində təklif saxlanacağı halda belə yüksək qiymətlərə imkan yaradacağı real görünmür.

O, bunun səbəbini hazırda qlobal miqyasda ciddi iqtisadi və onun nəticəsi olaraq son dərəcə ağır sosial vəziyyət yaşanması ilə izah edib: “İdxalı enerji daşıyıcılarından asılı olan ölkələrdə ixracın kəskin itirildiyi şəraitdə yüksək qiymətə enerji daşıyıcıları ticarəti və tədiyyə balansının defisitinin artmasına və makroiqtisadi sabitliyin həmin ölkələrdə hətta siyasi sabitliyə təhdid olacaq həddə pozulmasına səbəb ola bilər.
2018-ci ildə dünya aparıcı iqtisadiyyata malik olan ölkələrində idxalın strukturunda enerji daşıyıcılarının payına diqqət edək:
Hindistan - 33%, Cənubi Koreya 27%, Yaponiya - 22%, Çin - 16%, İtaliya - 14%, Türkiyə 10,5% , Almaniya və Böyük Britaniya - 10%, ABŞ -9%.
Özü də bu ölkələrdən Yaponiya, Türkiyə, Hindistan və ABŞ, Böyük Britaniya hələ ixracatlarının ən yüksək olduğu dövrdə mənfi ticarət balansına malik ölkələrdir”.
R. Ağayev deyir ki, indiki şərtlərdə ixracın kəskin şəkildə azadığı dövrdə neftin qiymətlərinin adekvat azalması qaçılmazdır. Əks halda, xidmət ixracının da itirildiyi bir şəraitdə enerji daşıyıcılarının bahalanması bu ölkələrin nəinki ticarət balansını, bütövlükdə ödəmələr balansında iri həcmdə defisitin yaranmasını qaçılmaz edər.
Bu baxımdan, virus probleminə nöqtə qoyulmayana qədər neft bazarının yüksək, ən azından Rusiya və ABŞ qane edən ortaq qiymət həddinin formalaşacağı real görünmür”-deyə Rövşən Ağayev vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
3-04-2020, 09:27
  


loading...
Загрузка...